Badımcan dolması

Qoyun əti - 163q, badımcan - 300q, baş soğan - 20q, ərinmiş yağ - 20q, pomidor - 50q, göyərti (reyhan, keşniş) - 15q, darçın - 0,2q, qatıq - 50q, istiot - 0,1q, duz.
Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb, qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yığılıb ətrafına pomidor dilimləri düzülür, az miqdarda bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan töuülür. Ayrıca qabda darçınlı qatıq verilir.