Lazım olan ərzaqlar:

2 ədəd turş alma

1 x.q. kişmiş

1 x.q.qoz, fındıq və ya badam

3-4 x.q. bal

Zövgə görə darçın

Hazırlanma qaydası:

Almaları təmizləyib iri halqalara eni 1-1,5 sm olmaqla bölün. Qoz və fındığı xırda-xırda doğrayın. Alma halqalarını bişirmək üçün nəzərdə tutulan xüsusi forma qablarına yerləşdirin. Alma halqaların üzərinə kişmiş, qoz, fındıq səpin. Zövqə görə darçın da əlavə etmək olar. Sonra almaların üstündən balı gəzdirin. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.