Lazım olan ərzaqlar:

450 q iri doğranmış yarı-şirin şokolad (plitka)

150 q iri doğranmış duzsuz kərə yağı

5 iri yumurta

Hazırlanma qaydası:

Şokoladı və kərə yağını istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı və yağı əridin. Sonra qabı alınan kütlənin soyuması üçün kənara qoyun. Tort formasının dibini və kənarlarını azacıq yağlayın. Dibinə kalka kağızı sərin və onun da azacıq yağlayın. Yumurtanın ağını sarısından ayırın və iki ayrı qaba qoyun. Yumurtanın ağını mikserlə köpüklənib ağaranadək çalın. Sonra ayrı qabda olan yumurtanın sarısını da mikserlə çalın. Çalınmış yumurtanın sarısını soyumuş şokolad olan qaba əlavə edin. Yumurtanın ağını da tədricən bu qaba əlavə edib yaxşıca qarışdırın. Alınan kütlədəı ağ köpüklər qalmamalıdır. Kütləni hazırladığınız tort formasına tökün. 190C dərəcəlik sobada 25 dəqiqə ərzində bişirin. Bişmiş tortun üstü çatlamış olmalıdır. İçərisinə kibrit batırıb çıxartdığınızda isə kibrit bir qədər islak olmalıdır. Sobada ikən tort şişəcək, oradan çıxdığında isə yatacaq – bu normaldır. Keks öz formasında 10 dəqiqə ərzində soyuduqdan sonra, onu formadan çıxardın. Üztünə şəkər kirşanı səpin. İstəyə görə, şokoladlı qlazur da tökmək olar. Dondurma ilə süfrəyə verin.