2 sonuçtan 1 ile 2 arası

Göbələkli xanı balığı resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Göbələkli xanı balığı resepti



    Balıqdan hazırlanan daha bir dadlı yemək - Göbələkli xanı balığı resepti.

    Tərkibi:
    500 qram xanı balığın filesi
    2 ədəd soğan
    200-300 qram şampinyon göbələyi
    2 x.q. ağ quru şərab
    1/4 limon
    Şüyüd,duz, istiot, un

    Hazırlanma qaydası:
    Balığın filesini yuyub qurulayaraq duz və istiot səpin. İstəsəniz, fileni dilimlərlə də doğraya bilərsiz. Sonra doğranılmış balıq dilimlərini unlayıb tavada bitki yağında 10-15 dəqiqə ərzində qızardın.
    Şampinyonları nazik dilimlərə doğrayın.
    Soğanı xırdalayıb digər tavada bitki yağında qovurun. Üzərinə doğranmış şampinyonları əlavə edib duz səpin, 15-20 dəqiqə ərzində bişirin.
    Balığın üzərinə bişmiş şampinyonla soğanı əlavə edib, qarışdırın. Daha sonra üzərinə ağ şərab tökün, limon suyu və xırda doğranılmış şüyüdü əlavə edin.
    Tavanın qapağını örtün, 3-5 dəqiqə ərzində bişirin. Sonra dəm alması üçün odu söndürüb 5 dəqiqə ərzində gözləmək lazımdır.
    Süfrəyə verərkən balığı zövgünüzə görə bəzəyin.
    Nuş olsun!

  2. #2
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Re: Göbələkli xanı balığı resepti

    Çox sağol resepte göre.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.