Görünüşü və dadı ilə fərqlənən Mimoza salatı resepti.

Ərzaqlar:
1 banka balıq konservası (qızılbalıq və yaxud sayra)- istəsəniz konservanı 200 qram suda bişirilmiş qızılxallı balıqla əvəz edə bilərsiz.
1-2 ədəd bişmiş kök
4-5 ədəd yumurta
1 ədəd soğan
mayonez
duz, yeni döyülmüş istiot
salatı bəzəmək üçün şüyüd

Hazırlanma qaydası:
Konservanın suyunu süzüb, balığı çəngəllə əzin (bişmiş qızılxallı balığı isə xırdalayın və yaxud çəngəllə əzin).
Soğanı xırda-xırda doğrayın.
Bişmiş yumurtaların sarısını ağından ayırıb, sürtkəcin iri gözündən keçirərək, ayrı-ayrı qablara düzün.
Bişmiş kökü təmizləyib, sürtkəcin iri gözündən keçirin.
Hazırladığınız ərzaqları ardıcıllıqla salat qabına lay-lay düzün.
1-ci lay: burda balıq konservi olur, sonra bir az istiot səpilib, mayonez çəkilir
2-ci lay: soğan yerləşdirin, duz, istiot səpib, mayonez sürtün
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın ağı, duz, istiot
4-cü lay: sürtkəcdən keçirilmiş kök, duz, istiot, mayonez
5-ci lay: sürtkəcdən keçirilmiş yumurtanın sarısı, duz,mayonez
6-cı lay: yumurtanın ağı, duz və mayonez
Salatın üzərinə sürtkəcdən keçirilmiş yumurtanın sarısını səpin. Salatı mimoza gülü şəklində şüyüdlə bəzəyib, soyuducuda saxlayın.
Nuş olsun!