2 sonuçtan 1 ile 2 arası

Göbələkli toyuq filesi resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Göbələkli toyuq filesi resepti

    Göbələkli toyuq filesi resepti təqdim edirik.

    Ərzaqlar:
    2 porsiya üçün
    500 qram toyuğun döş əti (file)
    2 ədəd iri şampinyon göbələyi
    100-200 qram vetçina
    30 qram kərə yağı
    1 ədəd bildirçin yumurtası
    duz, yeni döyülmüş istiot

    Hazırlanma qaydası:
    Toyuq filesini yuyub, kağız dəsmalla qurulayaraq, uzunsov şəkildə 2 böyük və 2 kiçik hissələrə bölün. Kəsilmiş toyuq dilimlərini bir az döyəcləyəndən sonra üstünə duz və istiot səpərək soyuducuda saxlayın.

    İçlik üçün:
    Toyuğun kiçik hissəyə bölünmüş dilimlərini soyuducudan çıxarıb, xırda kub şəklində doğrayın.
    Vetçinanı xırdalayın.
    Boşqabda xırdalanmış vetçina, toyuq əti, bildirçin yumurtası və yumşaldılmış kərə yağını birləşdirib, üzərinə duz, istiot səpərək, yaxşıca qarışdırın. Hazırladığınız qarışığı iki bərabər hissəyə bölün.
    Şampinyonları yuyub qurulayın. Sonra tavada şampinyonları bitki yağında qızardın. Üzərinə duz və istiot səpməyi unutmayın.
    Folqa kağızından iki böyük kvadrat forması kəsin. Kəsilmiş folqa kağızın orta hissəsinə toyuq filesini qoyun. Daha sonra toyuq filesin üzərinə hazırladığınız içlikdən və qızardılmış şampinyonu qoyaraq, folqa kağızı ilə elə bükün ki, balaca torbacıq alınsın. İkinci torbacığı da eyni qayda ilə hazırlayın.
    Toyuq torbacıqlarını 180-200 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.
    Nuş olsun!

  2. #2
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    501

    Re: Göbələkli toyuq filesi resepti

    Nuş olsun!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.