1`dən 2`ə qədər. Cəmi 2.

Şokoladlı piroq resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku's Avatar
    Qeydiyyat
    May 2007
    İsmarıclar
    41,506

    Şokoladlı piroq resepti



    Şokoladlı piroq resepti təqdim edirik

    Tərkibi:
    250 qram su
    130 ml bitki yağı
    180 qram şəkər tozu
    1 x.q. vanil
    1 x.q. kakao
    350-380 qram un
    1,5 ç.q. qabartma tozu
    100 qram kişmiş
    100 qram qoz ləpəsi, fındıq

    Hazırlanma qaydası:
    Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək, həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.
    100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.
    Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa əlavə edərək, xəmir yoğurun. Xəmir qatı xama kimi olmalıdır.
    Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.
    Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.
    Xəmiri qarışdırıb, forma qabına tökün.
    Piroqu 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə ərzində bişirin.
    Nuş olsun!

  2. #2
    Junior Member
    Qeydiyyat
    Jul 2012
    İsmarıclar
    19

    Re: Şokoladlı piroq resepti

    dadlidir biwireceyem

Bookmarks

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •