1`dən 2`ə qədər. Cəmi 2.

İncə toyuq kotleti resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku's Avatar
    Qeydiyyat
    May 2007
    İsmarıclar
    41,506

    İncə toyuq kotleti resepti



    Zərif insanlar üçün dadlı yemək incə toyuq kotleti resepti.

    Tərkibi:
    500 qram toyuq filesi
    100 qram pendir
    3 x.q. mayonez
    2-3 x.q. nişasta
    1 ədəd yumurta
    duz, istiot
    Hazırlanma qaydası:
    Toyuq filesini xırda-xırda doğrayıb boşqaba qoyun. Üzərinə xırdalanmış pendir əlavə edin.
    Digər boşqabda yumurtanın üzərinə nişasta, mayonez və duz səpib çəngəllə yaxşıca çalın. Hazırladığınız qarışığı xırdalanmış toyuq tikələrinin üzərinə əlavə edin, qarışdıraraq soyuducuya qoyun.
    Tavaya bitki yağı töküb istilədin. Sonra xörək qaşığı ilə toyuq ətini tavaya yerləşdirin.
    Toyuq kotletlərinin hər iki tərəfini yaxşıca qızardın.
    Nuş olsun!

  2. #2
    Senior Member Aygun's Avatar
    Qeydiyyat
    Apr 2004
    İsmarıclar
    409

    Re: İncə toyuq kotleti resepti

    Sağolun!

Bookmarks

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •