Qara gavalı ona xüsusi tam verir

Tərkibi:

800-900 qram qoyun əti
5-6 ədəd kartof
12 ədəd qara gavalı
2 ədəd soğan
4 dilim sarımsaq
bitki yağı
keşniş və yaxud cəfəri
duz, yeni döyülmüş istiot

Hazırlanma qaydası:
Qoyun ətini yuyub sümüyündən ayırın. Sonra qoyun əti sümüyündən bulyon bişirin. Üzərinə duz, istiot səpin. Qoyun ətini isə xırda tikələrə bölün.
Kartofları təmizləyib yuyaraq xırda kub şəklində doğrayın.
Sarımsağı təmizləyib yaxşıca əzin.
Qara gavalını yuyub yarı bölün.
Soğanı halqa şəklində doğrayın.
Doğranılmış qoyun ətini tavada yağda yaxşıca qızardın. Daha sonra soğanı qovurun.
Hazırladığınız ərzaqları çölməyin içində düzün. Əvvəlcə qoyun ətini yerləşdirib üzərinə duz və istiot səpin. Sonra ətin üstündən kartofu töküb üzərinə əzilmiş sarımsaq, duz və istiot əlavə edin.
Daha sonra qara gavalı və yağda qızardılmış soğanı tökün. Zövgə görə, duz və istiot səpin.
Sonda çölməyin içinə qoyun ətinin bulyonunu əlavə edin (istəsəniz bulyonu yarım stəkan su ilə əvəz edə bilərsiz). Qapağını örtüb 180 dərəcə qızdırılmış sobada 2 saat ərzində bişirin.
Sonra çölməyi sobadan çıxarıb, 10-15 dəqiqə ərzində kənara qoyun.
Süfrəyə verərkən, üzərinə doğranılmış keşniş və yaxud cəfəri tökün.
Nuş olsun!