Tərkibi:

400 qram hisə verilmiş toyuq
100-150 qram qara gavalı
100 qram qoz ləpəsi
2 ədəd kök
4 ədəd kartof
4 ədəd yumurta
300 qram pendir
250 qram şampinyn göbələyi
duz, mayonez
1 x.q. bitki yağı
təzə xiyar
3 x.q. qoz ləpəsi
Salatı bəzəmək üçün cəfəri və mərcanı lazımdır.

Hazırlanma qaydası:

Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin.
Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın.
Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun.
Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın.
Pendiri sürtkəcin xırda gözündən keçirin.
Hisə verilmiş toyuğu xırda tikələrə bölün.
Qoz ləpəsini blenderdən keçirin.

Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:

1-ci lay: kök, duz, mayonez
2-ci lay: pendirin yarısı
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın yarısı (2 ədəd)
4-cü lay: kartofun yarısı, duz, mayonez
5-ci lay: qoz ləpəsinin yarısı
6-cı lay: qara gavalı
7-ci lay: hisə verilmiş toyuq, mayonez
8-ci lay: qızardılmış şampinyon
9-cu lay: qoz ləpəsi
10-cu lay: kartof, duz, mayonez
11-ci lay: 2 ədəd yumurta
12-ci lay: pendir

Salatın üzərinə nazik doğranılmış xiyar düzüb, qoz ləpəsi səpərək cəfəri yarpağı və mərcanı giləmeyvəsi ilə bəzəyin.
Salatı 4 saat ərzində soyuducuda saxlayın.

Nuş olsun!