Mövsümün ləziz şirniyyatı kəsmikli piroq resepti

Tərkibi:
250 qram peçenye
130 qram kərə yağı
Kəsmikli krem üçün:
1 kq kəsmik (yağlılığı 9-18%)
4 ədəd yumurta
200 qram şəkər tozu
10 qram vanil şəkəri
200 ml qaymaq (20-35%)
1 limonun qabığı (sedra)
0,5 limonun şirəsi
1/4 ç.q. duz
Hazırlanma qaydası:
Peçenyeni blenderdən keçirin. Kərə yağını əridib, peçenyenin üzərinə tökərək qarışdırın.
Daha sonra peçenye qarışığını formaya töküb, bərabər şəkildə yayaraq 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə ərzində bişirin. Sonra sobadan çıxarıb soyumaq üçün kənara qoyun.
Kəsmikli krem hazırlamaq üçün:
Limonu yuyub qurulayın və qabığını soyun. Limonun qabığını sürtkəcin nazik gözündən keçirin. Yarım limonun suyunu sıxın.
Kəsmiyi blenderdən keçirib üzərinə şəkər tozu, bir çimdik duz və vanil şəkəri əlavə edin. Kəsmikli qarışığı mikserlə qarışdırıb, üzərinə sürtkəcdən keçirilmiş limon qabığı (sedrası), limon suyu tökün və qarışdırın. Sonra 4 yumurta və qaymaq əlavə edib qarışdırın.
Hazırladığınız kəsmikli kremi forma qabındakı korjun üzərinə töküb bərabər şəkildə yayın.
Kəsmikli piroqu buxarda bişirin. Bunun üçün böyük dərin tavaya qaynar su töküb, üzərinə forma qabını yerləşdirin. Piroqu buxarda 160-170 dərəcə temperaturda 1 saat ərzində bişirin.
Hazır piroqu sobadan çıxarıb, soyumaq üçün kənara qoyun. Daha sonra piroqu 4 saat ərzində soyuducuda saxlayın.
Süfrəyə verərkən piroqu dilimlərlə doğrayıb, üzərini təzə giləmeyvə və yaxud meyvələrlə bəzəyin.
Nuş olsun!