Tomat sousunda paxla reseptini təqdim edirik

Tərkibi:
Resept 4-5 nəfərlik nəzərdə tutulub:
200 qram paxla
200 qram konservləşdirilimş lobya
150-200 qram ispanaq
1 ədəd soğan
1 dilim sarımsaq
500 qram xırdalanmış pomidor tomatı
250 ml su
0,5-1 ç.q. keşniş tumu ədviyyatı
Zeytun və yaxud bitki yağı
Duz, yeni döyülmüş istiot
1-2 ç.q. şəkər tozu
Hazırlanma qaydası:
İspanağı yuyub, yarpaqlarını xırdalayın. Sonra süzgəcə qoyub, üzərindən əvvəlcə qaynar su, daha sonra rənginin parlaqlığını saxlamaq üçün soyuq su axıdın.
Paxlanı qazanda əvvəlcədən qaynadılmış duzlu suya töküb 5 dəqiqə ərzində qaynayana qədər bişirin. Sonra bişmiş paxlanı süzgəcə töküb üzərindən soyuq su axıdın.
Soğanı xırda-xırda doğrayıb zeytun və yaxud bitki yağında qızardın.
Keşniş tumu ədviyyatını yaxşıca əzib qovrulmuş soğanın üzərinə əlavə edərək qovurun. Daha sonra xırdalanmış pomidor tomatını və suyu töküb qarışdıraraq 10 dəqiqə ərzində bişirin (tavanın qapağını örtməyin). Üzərinə duz, yeni döyülmüş istiot və zövgə görə şəkər tozu da əlavə edə bilərsiz.
Konservləşdirilmiş lobyanın suyunu süzüb sousun üzərinə əlavə edib 5 dəqiqə ərzində bişirin. Daha sonra üzərinə qabıqlı paxla əlavə edib 3 dəqiqə ərzində bişirin. Sonda sousun üzərinə ispanaq və əzilmiş sarımsağı əlavə edib bişirin. Zövgə görə duz, istiot və şəkər tozu da əlavə edə bilərsiz.
Nuş olsun!