Yay mövsümünün ləziz salatı lobya salatı resepti

Tərkibi:

400 qram lobya ( və yaxud 1 banka konservləşdirilmiş lobya)
1 ədəd bolqar bibəri
200 qram krab çubuqları
100-150 qram pendir
cəfəri, keşniş
2-3 ədəd göy soğan
2-3 dilim sarımsaq
mayonez
2-3 x.q. zeytun və yaxud bitki yağı
2-3 ç.q. ağ çaxır sirkəsi və yaxud limon şirəsi
duz, yeni döyülmüş istiot


Hazırlanma qaydası:
Bolqar bibərini yuyub, tumlarını təmizləyərək, xırdalayın.
Krab çubuqlarını da xırda-xırda doğrayın.
Pendiri sürtkəcin iri və yaxud xırda gözündən keçirin.
Sarımsağı təmizləyib, yaxşıca əzin.
Göy soğanı yuyub, qurulayaraq, xırdalayın.
Lobyanı bişirin. Yaxud konservləşdirilmiş lobyanın suyunu süzün.
Daha sonra salat boşqabında bişmiş lobya, əzilmiş sarımsaq, pendir, doğranılmış göy soğan, bolqar bibəri, krab çubuqlarını birləşdirib, yaxşıca qarışdırın. Üzərinə duz, yeni döyülmüş istiot səpib, mayonezlə qarışdırın.
Daha sonra zeytun yağını çaxır sirkəsi ilə qarışdırıb, salatın üzərinə tökün. Zövgə görə duz, istior səpin.
Nuş olsun!