Hazırlanma qaydası:

Tərkibi:

Çiyələkli - nanəli şərbət üçün:

500 qram çiyələk
90-100 qram şəkər
10 qram vanil şəkəri
40 ml su
nanə dəstəsi
1-2 ç.q. limon şirəsi

Çiyələkli-portağallı şərbət üçün:

500 qram çiyələk
90-100 qram şəkər
10 qram vanil şəkəri
40 ml su
1 ədəd portağal (100 qram)
1 ç.q. limon şirəsi

Nanəli siropu hazırlamaq üçün:

Balaca qazana su və şəkəri töküb, zəif odda şəkər tam həll olunana qədər qaynadın. Daha sonra siropu odun üstündən götürüb, kənara çəkin. Siropun üzərinə nanə əlavə edib, qazanın qapağının örtərək, 15-20 dəqiqə ərzində saxlayın.

Sonra siropu süzgəcdən keçirib, üzərinə 1-2 çay qaşığıyei sıxılmış limon şirəsi tökərək, qarışdırın.

Portağallı siropu hazırlamaq üçün:

Portağalı yuyub, qurulayaraq, qabığını soyun.

Balaca qazana şəkər, su və nazik dilimlərlə doğranılmış portağalın qabığını (sedra) töküb, zəif odda şəkər tam həll olunana qədər qaynadın. Sonra siropu odun üstündən götürüb, qazanın qapağını örtərək, 10 dəqiqə ərzində kənara qoyun. Sonra siropu süzgəcdən keçirin.

Hazır portağallı siropun üzərinə 1 çay qaşığı limon şirəsi və 1 ədəd yeni sıxılmış portağalın şirəsini əlavə edib, qarışdırın.

Şərbətin hazırlanması:

Çiyələyi yuyub, blenderdən keçirin. Sonra əzilmiş çiyələyin üzərinə portağallı və yaxud çiyələkli siropu töküb, yenidən blenderdən keçirin. Daha sonra çiyələkli qarışığı dondurucu kamerada 6 saat ərzində saxlayın (amma hər 1-2 saatdan bir çiyələkli qarışığı dondurucu kameradan çıxarıb, qarışdırın).
Daha sonra şərbəti dondurucu kameradan çıxarıb, 15-20 dəqiqə ərzində otaq temperaturunda saxlayın.
Xüsusi dondurma qaşıqlarından istifadə edib, şərbətdən kürəciklər hazırlayın.
Süfrəyə verərkən, nanə yarpağı ilə bəzəyin.
Nuş olsun!