2 sonuçtan 1 ile 2 arası

Heyvalı və Zəfəranlı Toyuq resepti - Heyvalı Toyuq

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Heyvalı və Zəfəranlı Toyuq resepti - Heyvalı Toyuq

    Yeni reseptle qarşınızdayam. Heyvalı və Zəfəranlı Toyuq resepti - Heyvalı ve zeferanlı toyuq resepti. Nuş olsun!



    Ərzaqlar

    6 porsiya üçün nəzərdə tutulub

    4 ədəd orta boy heyva (təxminən 1 kq)
    6 qaşıq duru yağ
    2 çay qaşığı zəfəran teli
    1.5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
    1 ədəd doğranmış orda boy baş soğan
    0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
    10 ədəd quru qavalı
    zövqə görə duz
    zövqə görə istiot

    Hazırlanma qaydası

    1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.

    2. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.

    3.Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.

    3. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.

    4. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.

    5. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Heyvalı və Zəfəranlı Toyuq resepti - Heyvalı Toyuq

    Ay Aygün bu günorta vaxti özüne iş tapmisan??? indi men o yemekden istiyirem neyniyim??? ela görünür
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.