Tərkibi:

- 500 qram xurma;

- 1 stəkan şəkər tozu;

- 1 desert qaşığı darçın;

- 1 stəkan qoz;

- yarım stəkan sürtgəcdən keçirilmiş qoz.

Hazırlanması:

Xurmaları qazana düzüb, üzərinə 2 stəkan su əlavə edin və yumşalana qədər qaynadın. Sonra odun üzərindən götürüb süzün və bu suya yarım stəkan şəkər tozu əlavə edib qaynadın. Xurmaları yarıb, çəyirdəklərini çıxarın. Qalan yarım stəkan şəkər tozunu darçın və sürtgəcdən keçirilmiş qoz ilə qarışdırıb, xurmaların içinə doldurun. Xurmaların çəyirdəyini çıxardığınız yerin ən üst hissəsinə qapaq kimi qoz ləpəsi düzün və məcməyiyə yığın, qaynatdığınız şərbəti hər xurmanın üzərinə tək-tək tökün ki, xurmanın içindəki şəkər tozu ərisin. Zaman