Tərkibi:

- 165 qram qoyun əti;

- 100 qram un;

- 1ədəd yumurta;

- 30 qram soğan;

- 20 qram ərinmiş yağ;

- 15 qram pendir;

- 50 qram qatıq;

- 1-2 diş sarımsaq;

- istiot və duz.

Hazırlanması:

Qoyun ətini 10-15 qramlıq tikələrə bölün, istiot, duz əlavə edib soğanla birlikdə qızardın. Unun içinə yumurta vurmaqla xəmir yoğurun və 1 mm qalınlığında yayıb paxlava şəklində doğrayın. Doğradığınız xəmiri suda bişirdikdən sonra aşsüzəndə süzün. Süfrəyə qoyan zaman üzərinə yağ əlavə edib, hazırladığınız qiyməni tökün. Xingəlin yanında sarımsaqlı qatıq və sürtgəcdən keçirilmiş pendir də verin. Zaman