Tərkibi:

- yarım paket yaş maya;

- 1 şirniyyat qaşığı duz;

- 1 şirniyyat qaşığı şəkər tozu;

- 1 stəkan maye yağ;

- 1 stəkan ilıq süd;

- 1 stəkan ilıq su;

- Lazımi qədər un (təxminən 4 stəkan);

- otaq temperaturunda 50 qram kərə yağı;

- 1 ədəd yumurta.

İç üçün:

- pendir

Hazırlanması:

Qaba suyu töküb mayanı əridin. Üzərinə süd, maye yağ, duz, şəkər tozu və yumurtanın ağını əlavə edib qarışdırın. Sonra üzərinə unu yavaş-yavaş tökün və yoğurun. Xəmiri 8 hissəyə bölün və hər hissəni açıb, arasına kərə yağı çəkərək, üst-üstə qoyun. Ən üstdəki xəmirin üzərinə yağ deyil, un səpib oxlovla 60 sm olanadək yayın.

Sonra xəmiri 4 hissəyə ayırın, ortasına pendir düzüb siqaret formasında bükün və yarım saat acımağa qoyun. Üzərinə yumurta sarısı çəkərək, 180 dərəcə qızdırılmış sobada bişirin. Nuş olsun!

Zaman