(4 nəfərlik)

Tərkibi:

- 300 qram qaynadılmış ət;

- 1 ədəd çuğundur;

- 2 qaşıq kərə yağı;

- 1 ədəd soğan;

- 1 çay qaşığı şəkər tozu;

- 1 fincan un;

- 1 ədəd kök;

- 2,5 litr ət sousu;

- 1 ədəd kərəviz, 1 dəstə cəfəri;

- 1 kartof, 1 dəstə şüyüd;

- 1 ədəd pomidor;

- 320 qram kələm;

- 1 ədəd limon;

- 1 stəkan krem, 1 ədəd bibər.

Hazırlanması:

Pomidorun qabığını soyduqdan sonra tumlarını çıxarıb doğrayın. Soğanı çəhrayı rəng alanadək qovurun, üzərinə doğradığınız kök, kələm, bibər, kərəviz, qırmızı çuğundur və unu əlavə edib, yenidən 3-4 dəqiqə qovurun. Ət suyunu 10 dəqiqə qaynatdıqdan sonra üzərinə həmin qarışığı, kartofu, limon şirəsini, duzu, 1 çay qaşığı şəkər tozunu əlavə edib, təkrar 20 dəqiqə bişirin. Bişməkdə olan borşa xırda doğradığınız ət parçalarını və kremi əlavə edib, 2 dəqiqə də qaynadın. Borşun üzərinə şüyüd və cəfəri səpib süfrəyə verin. Nuş olsun! Zaman