Tərkibi

- 24 ədəd kiçik badımcan;

- 2 stəkan qaynadılmış noxud;

- 200 qram qiymə;

- 1 qəhvə fincanı düyü;

- 1 qəhvə fincanı bulğur;

- 3 ədəd soğan;

- 3 ədəd pomidor;

- 2 çay qaşığı duz;

- azca pul bibər;

- 6 qaşıq maye yağ;

- 3 qaşıq narşərab;

- qara istiot.

Hazırlanması:

Badımcanların içini oyub duzlu suda saxlayın. Nazik doğradığınız soğanı, düyünü, bulğuru, duzu, qara istiotu, pul bibər və narşərabı şüşə qabda qarışdırın. Qaynadılmış noxudu, qiymə və maye yağı da əlavə edib, təkrar qarışdırın. Badımcanları sudan çıxarıb, duzunu yuyun və hazırladığınız içlə doldurun.

Sürtgəcdən keçirib geniş bir qazana tökdüyünüz pomidorların üzərinə badımcan dolmalarını düzün və 4 stəkan su əlavə edib, üzərini kiçik boşqabla örtdükdən sonra qazanın qapağını bağlayın. Dolmanı vam odda 35 dəqiqə bişirin. Nuş olsun! Zaman