Tərkibi:

- Yarım stəkan qatıq;

- yarım stəkan şəkər tozu;

- azca duz;

- 1 paket qabartma tozu;

- 125 qram otaq temperaturunda saxlanmış kərəyağı;

- lazımi qədər un.

İçi üçün:

- 10-12 ədəd xurma;

- yarım stəkan hind qozu;

- 1 şirniyyat qaşığı kərəyağı;

- istəyinizə görə yarım stəkan fındıq, yaxud qoz ləpəsi.


Hazırlanması:

Xurmaların çəyirdəklərini çıxarıb doğrayın. Tavaya azca kərəyağı töküb qoz, xurma və hindqozunu yaxşıca əzməklə həmin yağda bişirin.

Göstərilən ərzaqları qarışdırıb yumşaq xəmir düzəldin. Xurmalı içlik soyuduqdan sonra xəmirdən qoz boyda qoparıb arasına qoyun və yağlanmış nimçəyə düzüb üzərinə yumurta sarısı çəkin və çəngəllə bəzəyib, əvvəlcədən 17-180 dərəcə isidilmiş sobada qızarana qədər bişirin. Zaman