2 nəfərlik

Tərkibi:

- 1 ədəd ağ balıq;

- yarım stəkan pomidor şirəsi;

- 1 stəkan su;

- 2 ədəd dəfnə yarpağı;

- 2 diş sarımsaq;

- 1 ədəd soğan;

- 3 çay qaşığı maye yağ;

- 1 şorba qaşığı un;

- 1 çay qaşığı qara istiot;

- 1 çay qaşığı qırmızı istiot;

- 1 dilim

limon;

- 1 qaşıq soya sousu;

- azca duz.

Hazırlanması:

Balığı təmizləyib geniş qazana qoyun. Üzərinə yuxarıda göstərilən ərzaqları əlavə edin və 10-15 dəqiqə qaynadın.

Qeyd: sarımsağı qazana əzilmiş, soğanları isə doğranmış halda tökün. Unu isə qazandakı ərzaqlar qaynayarkən topalanmasın deyə yavaş-yavaş əlavə edib, yaxşıca qarışdırın.

Xörəyi dərin qaba töküb üzərinə azca ədviyyat və xırda doğranmış şüyüd səpərək süfrəyə verin.

Zaman