Lazım olan ərzaqlar:

1 eded baliq,

1 bash sogan,

100qr qoz lepesi,

1 ovuc kişmiş,

1 az erik qurusu,

duz istiot zovqe gore,

keşniş və şüyüd

Hazırlanma qaydası:

Baliğı təmizləyib yuyuruq, sonra zövqə görə duz və istiotunu vurub qoyuruq bir az duz canına çəksin. Soğanı təmizləyib doğrayırıq, kərə yağında qızardırıq. Bir az qızaranda içinə kişmiş, doğranmış ərik qurusu və doğranmış qozu əlavə edib bir yerdə qovururuq. Hazır içi balığın içine doldururuq. Sonra balığın qarnını iynə sapla tikirik ki, içi dağılmasın. Sonra sobanı 200 dərəcə qızdırıb balığı qoyuruq ve üstünə 1 az duru yağ tökürük ki, yaxşı qızarsın. Qızarandan sonra balığı sobadan çıxarıb qaba qoyuruq. Süfrəyə verərkən üzərinə halqa ile doğranmış soğan səpirik ve goyərtiləri də doğrayıb üzərinə səpirik.