Lazım olan ərzaqlar:

Təzə suf – 350q,

buğda unu – 10q,

ərinmiş yağ – 35q,

baş soğan – 50q,

cəfəri – 15q,

lumu – 1/5 əd.,

istiot – 0,1q, duz.

Hazırlanma qaydası:

Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavari doğranmış baş soğan, lumu dilimi qoyulur, üstünə yağ tökülür və göyərti səpilir.