Lazım olan ərzaqlar:

Quru balıq – 250 q

Keşniş – 80 q

Şüyüd – 80 q

Göy sarımsaq – 20 q

Yumurta – 4 ed

Yağ – 60 q

Yer kökü – 20 q

İstiot, duz

Hazırlanma qaydası:

Quru balıq buğda bişirilir, qabıqdan ve sümükdən təmizlənərək xırdalanır. Yer kökü ile yağ 5 dəqiqə odda əridilir və süzülüb yer kökü xıltından təmizlənir. Doğranmış göyərti, sarımsaq, çalınmış yumurta və duz balığa əlavə edərək yaxşı qarışdırılır. Tavada yağ qızdırılır və hazırlanmış kütlənin hamısı ora tökülür 2-3 dəqiqədən sonra kükü hazır olur.