*Plovu bişirməzdən əvvəl düyünü ilıq suda saxlayın.

*Plov bişirəcəyiniz düyünü bişirərkən düyüləri çox qovurmayın, vitamini itə bilər.

*Plovun dən-dən qalması üçün qazanın içinə 3-4 damcı limon suyu tökün.

*Qovurma əsnasında duzunu atsanız, düyülərin qırılmasının qarşısını alarsınız.

*Plovu bişirərkən temperaturu yüksəkdən başlayıb, yavaş-yavaş azaltsanız, plovunuz daha ləzzətli olar.

*Plovun suyunu əlavə etdikdən sonra qapağı bağlı şəkildə bişirin.

*Bişirərkən plovu qarışdırmayın. Düyülərin içindəki nişasta ortaya çıxa və plovunuzun dən-dən olmasına mane olacaq.

*Əgər plovun suyu qurtarmışdırsa, müəyyən ölçü daxilində isti su əlavə edin.

*Plovun altını söndürdükdən sonra üstünü örtüb, qapağını kip bağlamaqla ən azı 10 dəqiqə dəmə qoyun.

*Qalan plovu saxlamaq üçün üzərinə çini qab çevirərək, qapağı örtün.

*Plovun bişməsinə yaxın bir az holland pendiri və bir az da yağ əlavə etsəniz, daha ləzzətli olar.