Tərkibi:
400 qr gicitkan və ya cincilim, ya da hər ikisinin qarışığı, 3 baş soğan, 100 qr yağ, 0,5 stəkan düyü, duz, 1 stəkan sarımsaqlı qatıq.

Hazırlanma qaydası:
Suda yarıbişmiş olana qədər qaynadılıb süzülür. Soğan doğranılıb, yağda qızardılır və üzərinə su tökülür. Su qaynadıqda yarıbişmiş düyü əlavə edilir və buğum qaynadıldıqdan sonra doğranmış göyərti tökülüb bişirilir. Hazır cırdala süfrəyə sarımsaqlı qatıqla verilir.