Tərkibi:
1 kq kartof, 100 qr yağ, 4 yumurta, 10 qr keşniş, 10 qr şüyüd, 20 qr göy soğan, darçın, duz zövqə görə.

Hazırlanma qaydası:
Kartof qabıqdan təmizlənir, nazik dilimlərə doğranılıb, yuyulur və duzlanır. Göyərti xırda doğranıldıqdan sonra yumurta və duz əlavə edilib çalınır. Yağ dərin tavada qızıdırlır, doğranmış kartof yağın içinə tökülür, tavanın ağzı örtülür və orta odda kartof yumşalana qədər bişirilir. Kartofun üzərinə yumurta göyərti qatışığı tökülür və 3 – 5 dəqiqə açıq tavada bişirilir. Süfrəyə veriləndə üzərinə darçın səpilir.