Tərkibi:
250 qr quru balıq, 80 qr keşniş, 80 qr şüyüd, 20 qr köy sarımsaq, 4 yumurta, 60 qr yağ, 20 qr yerkökü, 60 qr nar dənəsi, duz zövqə görə.

Hazırlanma qaydası:
Quru balıq buğda bişirilir, qabıqdan və sümükdən təmizlənərək xırdalanır. Yağ süzgəcdən keçirilmiş yerkökü ilə beş dəqiqə vam odda əridilir və süzülüb yerkökü xıltından təmizlənir. Doğranmış göyərti, sarımsaq, çalınmış yumurta və duz balığa əlavə edilərək yaxşıca qarışdırılır. Yağ qızardılır və hazırlanmış kütlənin hamısı ora tökülür. 2 – 3 dəqiqədən sonra bir neçə yerdən bıçaqla kəsilərək fırına qoyulur. Süfrəyə verilərkən üzərinə nar dənələri tökülür.