Tərkibi:
500 ml (2 stəkan) su, 1 dəstə cəfəri, 2 diş mixək, 75 ml (5 xörək qaşığı) yağ, 1 kq balıq ( dilimlənmiş), 300 qr baş soğan (xırda doğranmış), 300 qr pomidor ( doğranmış), 2,5 xörək qaşığı limon suyu, duz və istiot.

Hazırlanma qaydası:
Fırın 170 dərəcəyə qədər qızıdırılır. Bir qabda cəfəri və mixək 2 stəkan suyla, suyun yarısı qalana qədər qaynadılıb süzülür, yağ əlavə edilib, qarışdırılır. Balıq dilimləri bir tavaya düzülür, doğranmış soğan və pomidorlar balıöın üzərinə tökülür. Cəfəri yağ qatışığı balıq dilimlərinin üzərinə gəzdirilir, duz, istiot vurulur və limon suyu tökülür. Balıq fırında 10 – 12 dəq bişirilir. Süfrəyə isti halda verilir.