Tərkibi:
4 yumurta, 50 qr yağ, 80 qr bal, duz.

Hazırlanma qaydası:
Əvvəlcəyağ tavada qaynadılır və qaynayan yağa duzla yaxşıca çalınmış yumurta tökülüb qarışdırılır. Yumurta bişəndən sonra oddan götürülür və üzərinə bal tökülür. Bal tam əriyib yumurtaya keçəndən sonra qayğanaq süfrəyə verilir.