Tərkibi:
600 qr un, 360 qr yağ, 160 qr qənd kirşanı, 2 yumurta ağı, 30 alma və ya ərik əzməsi.

Hazırlanma qaydası:
Əvvəlcə yağ qənd tozu və ya qənd kirşanı ilə yaxşıca qarışdırılır. Sonra isə ona yumurta ağı, ələnmiş un tökülür və hamısı birlikdə qarışdırılaraq xəmir yoğrulur. Xəmir borulu qənnadı kisəsinə yerləşdirilir və qatılaraq alınan yumru qurabiyələr quru qənnadı vərəqəyə yığılır. Sonra qurabiyələrin içində oyuqlar açılır və 250 dərəcədə 10 dəqiqə müddətinə fırında bişirilir. Bişirildikdən sonra həmin oyuqlara qənd kirşanı ilə meyvə cemləri doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir.