Tərkibi:
200 qr konservləşdirilmiş badımcan ikrası, 1 baş soğan, 30 qr yağ, 20 qr göyərti, 50 qr yerkökü, duz və istiot zövqə görə.

Hazırlanma qaydası:
Yerkökü sürtgəcdən keçirilib, yağda 2 – 3 dəqiqə vam odda bişirilir. Sonra onun üzərinə konservləşdirilmiş badımcan ikrası əlavə edilir və odu artırılaraq qızardılır. Hazır olanda isə qəlyanaltı qabına yığılır. Soğan təmizlənir və yuyularaq halqavarı, göyərti isə narın doğranılır. Süfrəyə veriləndə badımcan ikrasının üstünə soğan halqavarı düzüıür və göyərti səpilir.