4 sonuçtan 1 ile 4 arası

Azərbaycan mətbəxi

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Azərbaycan mətbəxi

    Dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.


    Yaranma Tarixi

    Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.

    Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

    Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycan mətbəxi

    Melumata gore cox sag ol
    [

  3. #3
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Azərbaycan mətbəxi

    Taa gözümü acdiqim günlerden beri naxcivan zonasinda, o torpaqin, o suyun bizlere bexs etdiyi Azerbaycan metbexinin zenginliyi, nanü-nemetleri meni möhtesem gözel ve terevetli bir vetendas etmisdir. Size derin minnetdarliqimi bildirirem ve bir daha onu demek isteyirem ki, yemek medeniyyeti insan orqanizminin formalaasmasinda xüsusile böyük rol oynayir. Bu heqiqeten de, beledir.

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Azərbaycan mətbəxi

    AZERBAYCAN METBEXINEEE SOZ OLA BILMEZZZZZ BEH BEHHHH LEVENGISIII DOVGASIII DOLMASII SAYMAYIMM NATICASII YAXSI OLMAZZ

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.