5 sonuçtan 1 ile 5 arası

Bir gün gələcək ...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bir gün gələcək ...

    Bir gün gələcək, bu qəbirlər səni də qonaq edəcək.

    Şəxsiyyətini soruşmadan, varlığına, sərvətinə, şanına və şöhrətinə baxmadan. Nəhayət ayrı-seçkilik etmədən buyur edəcək səni, kim bilər bəlkə bir günortada. Və ya yağışla bürünmüş bir vaxtın islaqlığında ya da ayaz bir günün donduruculuğunda. An, məkan, varlığın mənalarını itirdiyi səfərin ən tünd sularında…


    Bir gün gələcək, soruşmaq istədiklərin dilində möhür olub qalacaq, kəlamın başqa dillərdə varlıq tapacaq.

    Sən lal olub susarkən, sənə mehmandarlıq edən bir səs, o yüklü qəbirdə əks-səda salacaq. Halallığını istəməyə belə bəlkə də vaxtın olmayacaq…


    Bir gün gələcək, səssizliyin qışqırıqlarından uzaqlaşa bilməyəcəksən.

    Acizliyin tikanlı bir tel kimi dolanacaq ayaqlarına. Gözlərin bağlı olsa da, heç bu qədər dərinlikləri görməmiş olacaqsan. Səni yola salmağa gələnlərin bəlkə də yarısını tanımayacaqsan.
    Qışqıracaqsan susqun fəryadınla yanındakılaraa;" əsla siz gecikməyin, söz sizdəykən bilin qiymətini, vaxt son saniyəsini vurmadan, nə olar, nə olar son nəfəsə saxlamayın tövbələrinizi, peşmanlıqlarınızı və halallıqlarınızı…" kim bilər bəlkə eşidilər çarəsiz fəryadların, kim bilər bəlkə də kömək olar başqa yolçuya nəsihətlərin…


    Bir gün gələcək, duruşundakı ifadə belə ibrət verici olmayacaq.

    Susqunluğun kimi ürəklərə unudulanları qışqıracaq, kimilərində isə anlıq bir kədər buraxacaq. Bəlkə də bu soyuq daşdakı fani bədənin, dünyalıq işlərin bəzədiyi ömür cümləndə artıq, bir nəfəs alma vergülü deyil, son nəfəsində bitdiyini bəyan edən nöqtə olacaq…

    Bir gün gələcək,

    sevgini izah etməyə kifayətsiz olan sözlərin izah edə bilmədiklərini, iki damla gözyaşı, bir ədəd qərənfil izah edəcək.
    Gedişin ya çox səssiz və sədasız olacaq və yaxud izdihama çevrilmiş bir kütlənin səslərində itəcək. Ya adın ilin bir günü, ya da sevənlərinin adını verdiyi yeni doğan bir körpənin ömürü qədər xatırlanacaq…

    Bir gün gələcək

    qəbirdə uzanmış bədənin, yanındakı çinarın budağından ayrılan saralmış yarpağı daha bir yaxşı anlayacaq və dönülməz üfüqlərdə ona yoldaşlıq edəcək, mövsümi quşların melodiyalarıyla bəzədiyi vida türküsünə, səssizcə yoldaşlıq edəcəksən…


    Nəhayət O bir gün gələcək

    kim bilər bəlkə bu gün, bəlkə sabah dan ağaranda, əhəmiyyətli olan gələcəyi şübhəsiz olan günə nə qədər hazır olduğumuz, nə qədər o səhnənin tozunu udmağa həvəsli olduğumuz və nə qədər dönülməsi qeyri-mümkün səfərlərin gözü çox səyyahı olduğumuz…

    Ölümü düşünmək bizim üçün həyatın dəyərini artırar. Ölümü düşünmək bizə necə yaşayacağımızı və harada, necə davranacağımızı öncədən agah edər. Ölümü düşünən kəs bəlli prinsiplər çərçivəsində özünə sistemli bir qayda yaradar və atdığı hər addımı bilərək, düşünərək atar. Dolayısıyla belə bir mömin həm özü islamı yaşamağa, Allaha layiq bəndə olmağa çalışar və həm də başqalarını haqqa dəvət edər.


    ...Bir gün gələcək ölüm qapımızı döyəcək

    o qapımızı döymədən biz qapımızı aralayaq ölümə, ölmədən ölməyi dadaq ki, sarsılmayaq son pərdədə…

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Bir gün gələcək ...

    Allah herkese hayırlı ölüm nasip etsin..AMİN
    Eninde sonunda ölucez ama nasıl bir ölumumuz olucak bunu hech kim bilemez.
    HaKKım heLaL,Sewqim haRam oLsun

  3. #3
    Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    85

    Re: Bir gün gələcək ...

    RUZGAR GULU..AMIN..BIR GUN OLUM GELECEK.BU HAQDA DANISHMAG ISTEMIREM.CUNKI QORXURAAAAM

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bir gün gələcək ...

    Ölümü düşünmək bizim üçün həyatın dəyərini artırar. Ölümü düşünmək bizə necə yaşayacağımızı və harada, necə davranacağımızı öncədən agah edər. Ölümü düşünən kəs bəlli prinsiplər çərçivəsində özünə sistemli bir qayda yaradar və atdığı hər addımı bilərək, düşünərək atar. Dolayısıyla belə bir mömin həm özü islamı yaşamağa, Allaha layiq bəndə olmağa çalışar və həm də başqalarını haqqa dəvət edər.

    ...Bir gün gələcək ölüm qapımızı döyəcək

    o qapımızı döymədən biz qapımızı aralayaq ölümə, ölmədən ölməyi dadaq ki, sarsılmayaq son pərdədə…
    ay da....ölümde var...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Bir gün gələcək ...

    Ehemiyyetli bir mövzu ücün sizlere tesekkür edirem. ,,Bir gün gelecek,,
    Bir gün gelecek her sey gec olacaq. Ona göre de, Vetenimizi sevek, qohum-qardaslarimizi sevek, hörmet edek, öz yaxinlarimiza vaxtinda deyer verek ki, sonra gec olmasin.....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.