3 sonuçtan 1 ile 3 arası

Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır

    Ən böyük düşmənimiz azğın nəfsimiz və azğın nəfsimizin bizi əmrinə verdiyi şeytandır. Bunlar düşmənlərimizdir. Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır. Gerçək dost Allahdır. Ona görə də hər işi başlayanda etibar, bərəkət, davamlılıq üçün Allahın adını çağırır və şeytanı oradan qovuruq:

    Ən böyük düşmənimiz azğın nəfsimiz və azğın nəfsimizin bizi əmrinə verdiyi şeytandır. Bunlar düşmənlərimizdir. Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır. Gerçək dost Allahdır. Ona görə də hər işi başlayanda etibar, bərəkət, davamlılıq üçün Allahın adını çağırır və şeytanı oradan qovuruq: Əuzi-Billahi-minəş-şeytanirracim (Şeytanın şərindən Allaha sığınıram) demək alınmaz bir qalaya girib müdafiə olunmaq kimidir. Şeytan düşməndir, amma hər insana gücü yetəcək qədər də deyil.

    Su içən zürafə kimi

    Düşməndən qorunmağın

    yolu dosta sığınmaqdır

    Dünyanın ən hündür heyvanı olan zürafə normal vəziyyətdə heç bir yırtıcıdan qorxmur. Çünki nə aslan, nə pələng, heç biri onun bu uzun boyu qarşısında bir şey ələ keçirə bilmir. Amma bu zürafələrin də çox zəif məqamları var ki, o anda gələn hər hansı bir hücumla çox asanca məğlub olurlar. Zürafənin qabaq ayaqları çox uzundur. Ona görə də bu heyvanlar su içmək üçün qabaq ayaqlarını xeyli aralı qoyurlar ki, ağzı suya çatsın. Amma bu məqam zürafələrin ən zəif anıdır; yüngülcə itələyən kimi aşıb yıxılır və ayağa qalxana qədər düşmənin yeminə çevrilirlər.

    Bu misalı ona görə gətirdik ki, həmişə Haqqın yolunda olan, könlünü Allaha bağlamış möminlər şeytan üçün alınmaz qaladır. Şeytan zəifruhlu, məğlubiyyətə meyilli insanları aldadıb ovuna çevirir. Möminin könlü Allah evidir. Allah evinə şeytan yaxın düşə bilməz. Amma içimizdə şeytandan daha betər bir düşmənimiz var ki, biz onu iradəmiz altına almadıqca hər an o, bizi əl-qolu bağlı girov kimi şeytanın qarşısına ata bilər. Nəfsdən danışırıq.

    Nəfs nədir?

    Nəfs haqqında alimlər müxtəlif mülahizələr irəli sürürlər. Hər halda ortaq məxrəc olaraq belə demək mümkündür ki, nəfs yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o istəklərə nəzarət edən bir gücdür. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) açıq buyurmuşdur ki, sizin ən böyük düşməniniz nəfsdir və özü də hər gün azı yetmiş dəfə “Allahım, məni nəfsimlə baş-başa buraxma” deyə dua edərmiş. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi nəfsi öldürmək kimi, bir anlayış doğru deyil. Sadəcə, nəfsi imanın və iradənin gücü ilə tərbiyə etmək, daim onu nəzarət altında saxlamaq mümkündür. Allahdan qorxmaq anlayışının əsas ağırlıq nöqtəsi də elə bu məqama düşür. Belə ki, insan heç vaxt özünə arxayın olmamalı, hər an nəfsini sorğu-suala çəkməli və onun haqsız istəklərinə uymaqdan qorunmalıdır. Nəfsin istəklərindən imtina etmək (əlbəttə, haqsız istəklərdən söhbət gedir) insanı mənən ucaldır və bu da bildirilmişdir ki, nəfsimiz axirətdə bizim yaxşı və ya pis adam olmağımıza şahid duracaq. Kim nəfsinə çor demədən onun istəklərini birbəbir yerinə yetiribsə, axirətdə nəfsi onun əleyhinə şəhadət verəcək.

    Quranın bildirdikləri

    İlk insanın, Həzrəti Adəmin yaradılmasına qədər şeytan Allahın qulluğunda olan məxluqlardan olub. Bütün şeytanlar cindir, amma bütün cinlər şeytan deyil. Cinlər arasında da müsəlmanlar, möminlər, Allaha ibadət edənləri var.

    Quranda bildirilir ki, Allah-Təala Adəmi yaradanda bütün mələklərə və cinlərə əmr etdi ki, ona səcdə etsinlər. Əslində bu səcdə ibadət səcdəsi deyildi, təzim, ehtiram səcdəsi idi. Hər işin hikmətini Allah bilir, amma hər halda bizə belə gəlir ki, Allah-Təala bu əmri ilə mələkləri və cinləri imtahana çəkirdi. Hamısı baş əydi, iblisdən başqa. Allahın əmrinə üsyan etdiyi üçün lənətləndi, Cənnətdən qovuldu, amma qiyamət gününə qədər Adəmin soyundan gələnlərlə savaşmaq, daha doğrusu, onları doğru yoldan azdırmaq üçün möhlət istədi. Allah-Təala o möhləti verdi, amma onu da açıq-aydın bildirdi ki, şeytan Haqq yolda olan Adəm övladına heç bir zərər yetirə bilməz. Qurani-Kərimdə şeytan haqqında deyilir:

    “O, sizin açıq-aydın düşməninizdir”. Bəli, şeytan insanla imtahana çəkildi, o imtahanı uduzdu, lənətləndi və əbədi cəhənnəmi haqq elədi. İndi isə insanlar şeytanla imtahana çəkilirlər. Bəziləri yanlış olaraq, Allah-Təala ilə şeytanı qarşı-qarşıya qoymaq istəyirlər. Allah-Təalanın nə şəriyi, nə ortağı, nə bənzəri, nə də qarşılığı ola biləcək bir ad, bir ünvan, bir varlıq mövcuddur. Şeytanın hədəfi də, düşməni də, qalib gəldiyi, məğlub olduğu rəqibi də insandır. İnsan da məxluqdur, şeytan da və dünya həyatı adlanan bu ömürdə biz ağlımız kəsəndən son nəfəsimizə qədər şeytanla savaşmalıyıq.

    İnsanın iki zəif anı

    İki cür insan şeytanın toruna asanlıqla düşür: Allahın mərhəmətindən ümidini kəsmiş və Cənnətin açarını cibində bilən, yəni ümidsizlər və artıq arxayınlaşmışlar şeytanın asan ovlarıdır. Əgər bir insan ümidini kəsmişsə, demək, Allah-Təalanın Qurani-Kərimdə bildirdiyi “Həblül-Mətin”dən, yəni o qopmaz, qırılmaz ipdən, doğru yoldan, insanı Allahın mərhəmətinə qovuşduracaq həyatdan uzaq düşür. Beləsi sürüdən azıb qalmış və qurd-quşa yem olan qoyuna bənzəyir.

    Artıq arxayınlaşmış və hər gün nəfsini hesaba çəkməyən insan da şeytanın asan ovudur. Mənəm-mənəmlik xəstəliyi, özünü bəyənmişlik, xudbinlik elə bir xəstəlikdir ki, insanı asanlıqla şeytanın ovuna çevirə bilər. Ona görə də dünya görmüş, haqqı batildən ayıra bilən insanlar tərif eşidən kimi “Əstəğfürüllah” deyirlər. Çünki nəfs nəzarətdən çıxarsa, insanı bir andaca yerlə bir edə bilər.

    20 il və bir an

    Şeytan xidmətçi sifəti ilə böyük bir övliyanın qapısına gəlir və 20 il ona xidmət göstərir. Bir dəfə necə olursa, şeytan həmin övliyanı hansısa günah işə təşviq etmək istəyir. Övliya acıqlı bir şəkildə “rədd ol burdan, məlun şeytan!” deyir. Şeytan artıq maskasının düşdüyünü anlayır və açıq söhbətə gedir:

    - Mənim şeytan olduğumu nə zaman öyrəndin?

    - İlk gəldiyin gündən mən səni tanımışam.

    Şeytan üslubunu dəyişdirərək başqa bir istiqamətdən hücuma keçir:

    - And içə bilərəm ki, bu zamana qədər gördüyüm, tanıdığım, qapısında xidmət etdiyim insanların heç biri sənin qədər imanlı, Allaha bağlı olmayıb. Bu 20 ildə mən nə qədər əlləşdimsə, səni haqq yoldan bir addım da azdıra bilmədim.

    Övliya daha da sərtləşir:

    - Ey məlun! İyirmi ildə edə bilmədiyini indi bir andamı eləmək istəyirsən? Nə düşünürsən, elə bilirsən ki, sənin bu riyakar üslubuna, tərifli sözlərinə, zəhərli dilinəmi aldanacam? Dəf ol qapımdan, gözüm səni görməsin!

    Dosta sığının

    Peyğəmbərimiz buyurur ki: “siz şeytanın şərindən “Allaha sığınıram” dediyiniz anda şeytan zopa yemiş sıpa kimi soncuqlaya-soncuqlaya sizin yanınızdan qaçır.

    İnsan hər an sərhəddə dayanmış keşikçi kimi gözünü qırpmadan nəfsindən və şeytandan gələn hücumlara qarşı ayıq olmalıdır. Dua iki cür olur: dillə və əməllə. İnsan dilində də, əməlində də Allaha sığınmalı, düşmənlərindən qorunmalıdır. Allah-Təala buyurur ki, şeytanın gücü sizin yolunuzun üstündə qurulmuş hörümçək toru kimidir. Şeytanın silahı insanı vəsvəsəyə, qorxuya salmaqdır. Haqq yoldan azmışla, haramı, halalı seçməyənlər, səhərdən axşamadək günah içində olanlarla şeytanın işi olmaz. Çünki şeytanın onlardan qoparacağı bir şey yoxdur, onlar onsuz da şeytanın əlində-ovcunda, cibindədirlər. Ən güclü şeytanlar ən imanlı insanlarla əlləşər, onlardan bir şey qoparmağa çalışar.

    Bəzi rəvayətlərdə söylənilir ki, şeytan insanın burnundan girdi, ağzından çıxdı, nə bilim, onu min cür bəlaya uğratdı. Bütün bu söylənənlərin hamısı İslam məntiqinə, Quran bəyanlarına ziddir. İnsan könlünü Allaha verərsə, şeytan onun damarı nədir, heç tükünə də yaxın düşə bilməz.

    Düşməni tanıyaq

    İnsan bir düşməndən qorunmaq üçün, əvvəlcə, onu tanımalıdır. Şeytanı tanımaq ona qarşı dayana bilməyin əsas şərtlərindəndir. Şeytan haqqında şişirdilmiş, uydurma söhbətlərə aldanmayın. Şeytan düşməndir, amma öhdəsindən gəlinməyəcək bir güc sahibi də deyil. Sadəcə, bu düşməndən qorunmaq üçün biz könlümüzü dünyanın ötəri, aldadıcı, yıpradıcı duyğularından, zövqlərindən qoparıb, əbədiyə bağlanmalıyıq. Əgər Allaha layiqli dost ola bilsək, şeytan kimi düşməndən uzaqlaşa bilərik.

    ZAMAN

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır


    insanin 1 nefer dostu olar
    movzu ucun stk

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Düşməndən qurtarmağın yolu dosta sığınmaqdır

    valla cok super konu icin twkrlr
    Tilki gibi dostum olucana aslan gibi düşmanım olsun ama; Allah korkusu olsun insanlarda azıcık
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.