Simvolik olaraq dünyanın sonunu göstərən “Qiyamət saatı” son iki ildə ilk dəfə irəli çəkiləcək. Bəşəriyyətin fəlakətə nə
dərəcədə yaxınlaşdığını göstərən saat nüvə silahının yayılması sahəsindəki müzakirələrin, nüvə terrorçuluğu təhlükəsinin və iqlim dəyişkənliyinin dünya üçün təhlükə yaratmasına diqqəti cəlb etmək məqsədilə irəli çəkiləcək.

Qeyd edək ki, saat ABŞ-ın Yaponiyaya ilk atom bombasını atdıqdan iki il sonra Nyu-Yorkda qurulub. “Qiyamət saatı” yaradılanda, gecə yarısına 7 dəqiqə qalmış formada olub. Saat o vaxtdan bəri 18 dəfə irəli çəkilib. İlk dəfə o 1953-cü ildə ABŞ-la SSRİ arasında "soyuq müharibə" zamanı beş, sonuncu dəfə isə 2007-ci ildə nüvə silahı sahəsindəki müzakirələrin uğursuzluğa düçar olması ilə əlaqədar iki dəqiqə irəli çəkilib.

Onu da bildirək ki, “Qiyamət saatı” Sovet İttifaqı dağılanda bir necə dəqiqə geri çəkilmişdi.