5 sonuçtan 1 ile 5 arası

Valideyine hormet haqqinda hedis

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Valideyine hormet haqqinda hedis

    16 Bir kisi resulallahdan sorusdu : " Valideyinin ovlad uzerinde haqqi neden ibaretdir ?"
    Peyqember buyurdu : " Onlar senin cennetin ve cehenemindir ."
    17 Hec bir ata ovladina gozel terbiyeden qiymetli hediyye vere bilmez .
    18 Allahin pizasi (raziliqi) valideyinin rizasiyla,Allahin qezebi de valideyinin qezebiyledir .
    19 Omrunun uzanmasini ve ruzisinin artmasini isteyen kes valideyinine ehtiram etsin ,qohumlarini yolusxun .
    20 Ata_ananiza ehtiram edin ki ,ovladlariniz da size hormet qoysunlar .Heyali ve namuslu olun ki ,qadinlariniz da heyali ve namuslu olsunlar.
    21 Bir nefer resulallahin yanina gelib sorusdu :" Ya peyqenber , men kime daha cox yaxsiliq etmeliyem?" Cavab verdi:"Anana".O adam sorusdu : "Sonra kime?" Peyqember buyurdu :"Anana" Hemin adam yene sorusdu : "Sonra kime ?" Peyqember yene :"Anana"___ dedi .O adam bir de : "Bes sonra kime " __ sorusduqda ,Resuli__ ekrem buyurdu :"Sonra atana".
    22 Bir nefer resulallahin yanina gelib dedi : "Men cihad etmek isteyirem,amma buna gucum catmir " Peyqem ber sorusdu :"Valideyinlerinden saq olani varmi?" O ,adam : "Anam var "_ dedi ,Peyqember hezretleri buyurdu : " Onun qulluqunda durmaqla Allahin huzuruna yetis.Bunu etsen hem hecc ve umre ziyareti,hem de cihad etmis olarsan .
    23 Atasi oldukden sonra onu yoluxmaq isteyen kimse qoy atasinin dostlari ile elaqe saxlasin.
    24 Ataya itaet Allaha itaet ,ataya usyan Allaha qarsi usyan demekdir.
    25 Xeyir bereket qocalardadir .
    26 Yc duanin qebul olunacaqina subhe yoxdu : Mezlumun duasi , qonaqin duasi ,ve ata _ananin ovladina etdiyi dua.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Valideyine hormet haqqinda hedis

    Elə əməllər vardır ki,insan öz fitrəti ilə onların yaxşı və ya pis olduğuna qərar verə bilir.Belə əməllərdən biri də Allahın mərhəmətini,hikmətini və ədalətini özündə əks etdirən böyüklərə hörmət mövzusudur.Əslində bu hər bir insanın daxilindən gələn və bəşəriyyət yaranan gündən cəmiyyət arasında mövcud olan yüksək əxlaqi dəyər nümunəsidir.Adəm övladı öz fitrəti ilə bu prinsipə riayətin zəruriliyini dərk edir.Onun vasitəsi ilə yer üzündə fitnə fəsadın qarşısı alınır.
    İnsanın hələ körpə vaxtlarından qayğısını çəkən valideynləri onun ilk böyükləri sayılır.Daha sonra o,ətrafında olan yaşca ondan böyük adamlara böyük gözü ilə baxmağa başlayır.Artıq həddi-buluğa çatdıqda insanın bu adamlardan bəzilərinə,hətta onlar dünyadan köçsələr belə hörməti daha da artır.O,fəxrlə gəzdiyi vətənindəki bütün naz-nemətlər haqqında dərindən fikirləşdikdə başa düşür ki,buna səbəb onun böyükləri olmuşdur.Məhz bu hiss onda Allaha şükür etmə,Ondan Rəbb olaraq razı qalma, böyüyə,ağsaqqala hörmət etmə, kiçiklərə mərhəmət göstərmə, milli dəyərləri,təbii sərvətləri qoruma,torpağını düşmənin hər cür fitnə fəsadından və xəyanətindən müdafiə etmə və sairə saydıqca qurtarmayan tərifəlayiq keyfiyyətlər oyadır. Uca Allah buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə,onlara: “Uf!” belə demə,üstlərinə qışqırıb acı söz söyləmə.Onlarla xoş danış!” (əl-İsra, 23).
    Alimlər demişlər ki,“uf” sözünün işlədilməsi valideynlərə ən yüngül şəkildə belə əziyyət verməyin qadağan olduğunu bildirir.(Sədinin təfsiri)
    Cərir (r.a.) rəvayət edir ki,Peyğəmbər (s.a.v.) buyurdu: “Kim insanlara rəhm etməzsə,qüdrətli və əzəmətli Allah da ona rəhm etməz.”
    Məhəmməd peyğəmbər (s.a.v.) döyüşə getmək istəyən cavandan anasının sağ olmasını soruşur. O valideyninin sağ olduğunu bildirir.Bunu eşidən Peyğəmbərimiz (s.a.v.) buyurur: “Get anana qulluq et.Cənnət onun ayaqları altındadır”. (Hakim)
    Uca Allah buyurur: O,bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən,görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? (Məryəm, 42)
    Ayədə İbrahim peyğəmbər (s.a.v.) bütlərə tapınan valideyninin könlünü alaraq ona “atacan!” deyə müraciət etmişdir.
    İslam dini böyüklərə hörmətsizlik göstərən müsəlmanı yüngül bir qınaqla deyil,sərt cəzalarla xəbərdarlıq etmişdir. “Peyğəmbərin əxlaqı” adlı kitabında böyüklərə hörmət haqqında beş fəsil ayırmış hədis alimi əl-Buxarinin qeyd edilən kitabından bəzi rəvayətləri nəzərinizə çatdırırıq.Məhəmməd peyğəmbər (s.a.v.) öz hədislərindən birində buyurmuşdur: “Kiçiyimizə rəhm etməyən,böyüyümüzün isə haqqını tanımayan bizdən deyil!” Digər rəvayətdə: “Kiçiyimizə mərhəmət göstərməyən,böyüyümüzə hörmət etməyən bizdən deyil!”
    Alimlər hədislərdə vurğulanan “bizdən deyildir” ifadəsini haram əmələ və ya böyük günaha yol vermişdir kimi açıqlamışlar.
    Məhəmməd Peyğəmbərin (s.a.v.) yanına bir necə səhabə gəlmişdi.Onların ən kiçiyi sözə başladıqda Peyğəmbər (s.a.v.) buyurmuşdu: “(Özündən) böyüklərə hörmət et.”
    Əbu Musa əl-Əşari adlı səhabə demişdir: “Ağsaqqallara hörmət etmək Allahı uca tutmaq deməkdir.”
    Hukeym ibn Qeys vəfat edən səhabə atasının aşağıdakı sözlərini çatdırmışdır: “Allahdan qorxun və böyüklərinizi uca tutun!Çünki bir camaat öz böyüklərini uca tutduqca,(bu böyüklər) onların atalarını əvəz edər.Kiçiklərini uca tutduqda isə,bu hərəkət onları həmyaşıdları arasında rəzil edər.”
    Başqa bir hədisdə Məhəmməd peyğəmbər (s.a.v.) buyurur: “Bir gün Cəbrayıl (ə.) gəlib dedi: Ey Məhəmməd!Üç dəfə amin de!Mən üç dəfə amin dedikdən sonra ondan nə üçün belə etdiyini soruşdum. O dedi: Ata anası və ya onlardan biri dünyadan köçənə qədər (xidmətlərində dayanıb) Cənnəti qazana bilməyən kəsin vay halına!” (Ət-Tirmizi və Hakim)
    Digər bir hədisdə Peyğəmbərimiz (s.a.v.) buyurur: “Valideyn razı qalarsa, Allah da razı qalar.Valideyn qəzəblənərsə,Allah da qəzəblənər”. (Ət-Tirmizi)
    Dinimiz yaşlı nəslin qayğısına qalaraq bir sıra ibadətləri onlar üçün yüngülləşdirmişdir.
    Uca Allah buyurur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun.” (Təğabun, 16)
    Uca Allah Ondan qorxmağı əmr edir.Bu qorxu Onun əmrlərinə itaət və qadağalarından çəkinməkdən ibarətdir.Lakin O bunun güc və qüvvətə bağlı olduğunu qeyd edir.Ayə,Allahın hər hansı vacibi yerinə yetirməyə gücü çatmayan şəxsi bu məsuliyyətdən azad etməsinə dəlildir. (Sədinin təfsiri) Müsəlman qardaşım!Böyüklərə hörmət adlı bu məqalənin yazılmasına səbəblərdən biri də Məhəmməd peyğəmbərin (s.a.v.) yolunu azmış bir dəstə gənc haqqında söylədiyi hədisləridir.O belə təhlükəli gənclərin hər yüz illikdə mövcud olacağını və ümmətə dəhşətli zərərlər vuracağını bildirmişdir.Onların ən birincisi hələ peyğəmbərimizin dövründə peyda olmuşdu.O,Məhəmməd peyğəmbəri (s.a.v.) ümmətə ədalətsiz böyüklük etməkdə günahlandırmışdı.Allahın Elçisi bu hadisədən sonra xəvariclər adlandırdığı bu azğın gənclər haqqında ətraflı məlumat verərək onları ümmətə tanıtdırmışdır.


    Allaha dua edek ki onlari gorusun vefat edenlerin gebrini nurla doldursun bizi de onlara layigince hormet eden muselmanlardan etsin valideyinlerimize sagliginda giymet verek yoxsa her sey cox gec olar valideyinlerimizle fexr edek.
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Valideyine hormet haqqinda hedis

    Hamimiz geleceyin valideyinleriyik.Elbetdeki valideyinlere hormet etmek her bir ovladin borcudur.kim oz ata-anasina nece munasibet gosterirse gelecekde ovladida ona o cur munasibet gosterecek.Vaildeyinlerimi coxxxxxx sevirem.atami ise dunyalarrrrrrrrrr qeder.Allah haminin atsinin anasinin canini sag elesin.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Valideyine hormet haqqinda hedis

    Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm! (əl-Ənkəbut, 8)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Valideyine hormet haqqinda hedis

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Hamimiz geleceyin valideyinleriyik.Elbetdeki valideyinlere hormet etmek her bir ovladin borcudur.kim oz ata-anasina nece munasibet gosterirse gelecekde ovladida ona o cur munasibet gosterecek.Vaildeyinlerimi coxxxxxx sevirem.atami ise dunyalarrrrrrrrrr qeder.Allah haminin atsinin anasinin canini sag elesin.
    [/b] AMIN [/b]

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.