2 sonuçtan 1 ile 2 arası

Qədr Gecəsi

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Qədr Gecəsi

    Qədr Gecəsi

    Qurani-Kərimin enməyə başladığı, Ramazan ayının son on günün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsidir. Qədr gecəsi min aydan daha xeyirlidir. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur:

    Bismillahir-rəhmanir-rəhim!
    Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
    (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
    Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
    O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
    O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
    (əl-Qədr surəsi)

    Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir.

    Çünki:
    - Quran Kərim bu gecədə nazil edilmişdir.
    - Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.
    - Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Talanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir.
    (Təcridi Sarih Tərcüməsi, VI, 312)

    - Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3 - 4-cü ayələr).

    - Bu gecədə yer üzünə Cəbrayıl (ə.s) və bir çox mələklər enər.
    Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür pisliklərdən uzaqdır. Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər.

    - Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər ümumiyyətlə Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha ehtimal olunur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq; Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur.
    (Buxari, Leylətül-Qadr, 3, Müslim, Siyam, 216)

    Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”
    (Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).

    İslam qaynaqlarının bildirdiyinə görə Allah Tala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur.

    Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:
    Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar.
    (Buxari, Qədr gecəsi 1)

    Qədr gecəsinin əlamətləri:

    -Həmin gecə sakitlik, əmin-amanlıq olur.

    -Möminin qəlbi rahat olur.

    -Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.
    (əl-Qədr surəsi 5-ci ayə).

    -Həmin səhər günəş şüasız olaraq çıxır.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Qədr Gecəsi

    Allah razi olsun. Inshalallah butun momin qardas bacilarin namaz ve dualari, bu gecee Allah dergahinda qebul olar inshallah !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.