Namus bir kişi üçün onun anası,bacısı və həyat yoldaşıdır.
Bir qadın üçün isə onun ləyaqədi şərəfidir.
Namussuzluq bir kişinin haram olduğunu bildiyi halda harama göz dikməsidir.
Bir qadın üçün isə pis yola düşməsi,əxlaqsızlığıdır.
Namus bir kişinin həyatında hər şeydən öndə gələn ən böyük amildir.
Bir qadın üçün isə hər şeydir.

Namussuzluq bir kişinin pulu hər şeydən üstün tutması hətta pula görə yaxınlarını sata biləcək qədər acgöz olmasıdır.
Bir qadın üçünsə diri-diri ölməkdir.
Namus bir kişini hər kəsdən bir addım öndə edər.Nüfuzlu edər,hörmətli edər.
Bir qadın üçün isə onu hər kəsin qiptə etdiyi,sevdiyi biri edər.
Namussuzluq bir kişi üçün kişi adına layiq olmayan biri olduğu anlamına gələr.
Bir qadın üçünsə hörmət edilməyən,hər zaman əzilən sadəcə əyləncə gözündə görülən biri anlamına gələr.

Namuslu davranmaq ən yaxşı siyasətdir. CERVANTES
İtirilən pul bir şey deyil, amma itirilən namus çox şeydir. ALFRED KRUPP
İnsanlar nə qədər namuslu olsalar, başqalarının namuslarından da o qədər çətin şübhə edərlər. CİCERO
Namus, gözəlliyin sədəqəsidir. HƏZRƏTİ ƏLİ
Namus dayanmadan öyünər amma aclıqdan ölər. JUVENAL
Namuslu kəslər, nə işıqlıqdan nə də qaranlıqdan qorxarlar. TOMAS FULLER
Namuslu görünmək üçün namuslu olmaq şərtdir. BOİLEAU
Tanrının ən uca əsəri, namuslu insandır. SEAN O'CASAY
Namus görünməz bir cövhərdir; çox vaxt ona sahib olmayanlar sahib olan kimi görünərlər. SHAKESPEARE
Namus sənin şəxsiyyət vəsiqəndir.NURİYEV