2 sonuçtan 1 ile 2 arası

Günah işlememek mümkündürmü?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.723

    Günah işlememek mümkündürmü?

    Sual: Günah işlememek mümkündürmü? Günaha giren nece davranmalıdır? Günah işlememek üçün çox diqqetli davranıram; bu da psixolojik olaraq tesir edir. İnsanın qüsursuz olması mümkündürmü?

    Cavab:

    Eziz ziyaretçimiz;



    İnsan günah işleye bilen bir varlıqdır. "Menim günah işlemeyim mümkün deyil."deye bilen bir adam yoxdur. Her insan, bu ve ya diger şekilde, az ve ya çox günah çuxuruna yaxınlaşır, bezen de içine düşür.

    Bizler ağıl ve qelb müvazineti içinde heyatımızı yaşayırıq.Ancaq insan sadece ağıl ve qelbden ibaret olmadığı üçün başda nefs olmaqla, basqın duyğular, söz dinlemez hisler, önüalınmaz hevesler ve qarşısıalınmaz vehmler altında bezen iradi ve ya qeyri-iradi irademizi ram ede bilmeyir ve günah işleyirik.

    eslinde, Uca Allah bizi Özüne yaxınlaşdırmaq, bizi Özüne möhtac etmek, bizi Özüne çekmek üçün bir-birinden ferqli, müxtelif vesileler yaratmışdır. Meselen, acmaq kimi bir duyğu verib, bizi qidaya möhtac etmiş, Rezzaq olduğunu göstermiş ve bizi bu yolla Özüne bağlamışdır. Biz de qul olaraq bütün ehtiyaclarımızı Ondan istemiş, Onu Rezzaq olaraq bilmiş, heqiqi menada ruzi veren olaraq Onu tanımışıq. Demeli, Rezzaq adı acmağımızı teleb edir.

    Eyni şekilde, biz günahkarıq, Allah bağışlayandır. Biz xeta edirik, Allah efv edendir. Biz üsyana qapılırıq, Allah meğfiret edendir. Biz tövbe edirik, Allah tövbemizi qebul edendir. Allah Qafurdur, efuvvdur, Qaffardır, Tevvabdır. İşlediyimiz günahlar bizi Allahın bu mübarek adlarına yönlendirir, bizi Ona aparır. Belelikle, Allahı Qafur ve Qaffar adları ile tanımış oluruq.

    Bediüzzamanın dediyi kimi 'Qaffar ismi günahların vücudunu ve Settar ismi qüsurların olmasını teleb edir.' Açıqçası, günah işlensin ki, Allahın Qaffar adı tecelli etsin; qüsur edilsin, xeta işlensin ki, Allah da qulunun qüsurunu üzüne vurmayıb örterek Settar olduğunu göstersin.
    Bir hedisinde, Sevgili Peyğemberimiz (s.e.s) bu gerçeyi nece de gözel dile getirir:

    "Nefsim qüdret elinde olan Zata and içirem ki, eger siz heç günah işlemeseniz, Allah sizin hamınızı helak eder, sonra günah işleyen, ardınca da istiğfar eden bir qövm yaradar ve onları meğfiret ederdi."1
    Ne qeder günah, o qeder tövbe

    İnsan nefsine aldanar, şeytana uyar, hislerine hakim ola bilmez, iradesine söz keçire bilmez , sonda bir günah işleyer, ardınca da etdiyine min peşman olar ve tövbe ardınca tövbe eder. Qulun ,günah işlemiş de olsa, tövbe ile Rebbine yöneldiyi bu hal, hedislerden öyrendiyimize göre, Cenab-ı Haqqı xoşnud edir.

    ebu Hüreyre (r.e) revayet edir: "Resulullah (s.e.s) buyurdular ki:

    "Bir qul günah işledi ve 'Ya Rebbim, günahımı efv et!' dedi.
    Haqq Teala da 'Qulum bir günah işledi; ardından bildi ki, günahları efv eden ve ya günah sebebiyle cezalandıran bir Rebbi var' buyurdu.
    Sonra qul dönüb tekrar günah işledi ve 'Ey Rebbim, günahımı bağışla!' dedi.
    Allah Teala da, 'Qulum bir günah işledi; ardından bildi ki, günahları efv eden ve ya günah sebebiyle cezalandıran bir Rebbi var' buyurdu.
    Sonra qul dönüb tekrar günah işledi ve 'Ey Rebbim, günahımı efv et!' dedi.
    Allah Tealada, 'Qulum günah işledi ve bildi ki, günahı efv eden ve ya günah sebebiyle cezalandıran bir Rebbi olduğunu bildi. Ey qulum, istediyini et, Men seni efv ettim.' buyurdu."2
    Böyük hedis alimi İmam Nevevi, bu hedisden bu hökmü çıxarmışdır:

    "Günahlar yüz defe, hetta min ve daha çox tekrar edilse de, şexs her defesinde tövbe etse, tövbesi meqbuldur. Ve ya bütün günahlar üçün bir tek tövbe etse bele, yene tövbesi sehihdir."

    Bir hedisde de istiğfar eden kimsenin günde yetmiş defe günahını tekrar etse bele, 'günahında israr etmiş' sayılmayacağı bildirilir.3

    Hz. elinin (r.e) bu haqda etdiyi izah daha maraqlıdır:

    "elinde qurtuluş resepti olduğu halda helak olan kimsenin halına teeccüblenirem. O resept de istiğfardır."
    Zaten Qaffar ve Tevvab adları “çox bağışlayan, tövbeleri qebul eden,her günah işledikde istiğfar edeni efv eden, her tövbe etdikde tövbe edenin tövbesini qebul eden' menasına gelir. eger Cenab-ı Haqq qulunu heyatı boyu sadece bir defeye mexsus olmaq üzere efv edecek olsaydı, ondan sonra insana günah işlemek imkanı ve fürseti vermemesi lazım idi. Yeni, Allah efv etmek istemeseydi, bize efv isteme duyğusunu vermezdi.

    Diger terefden, Cenab-ı Haqqın günahları bağışlaması Onun fezli, lütfü ve ikramıdır. Hedisde de ifade edildiyi kimi, günahı sebebile cezalandırması ise edaletinin tecellisidir. Seid Nursinin bildirdiyi üzre, "Cenab-ı Haqqın günahkarları efv etmesi fezldir, tezib etmesi [ezab ile cezalandırması] edldir."

    efendimizin (s.e.s) yanında yetişen sehabe nesli bu ince nöqteni çox yaxşı qavramışdı. Allahın uca adlarını mükemmel menada hem çox yaxşı anlamışlar, hem de heyatlarında eks etdirmişlerdi. Revayet etdikleri hediselere baxdıqda bu telimin seviyyesini ve anlayışlarının potensialını sezmek heç de çetin deyildir.

    Meselen, qulun günahı ne qeder çox olursa olsun ve qul ne qeder efv dileyerse dilesin, heç bir zaman isteyinin qarşılıqsız qalmayacağını Hz. enes (r.e.) xeber verir.

    Hz. enes (r.e) "Men Resulullahı (s.e.s) bele buyurarken dinledim" deyir.

    "Allah Teala buyurdu ki: Ey Ademoğlu! Sen mene dua etdiyin ve menden efv umduğun müddetce işlediyin günahlar ne qeder çox olursa olsun, onların böyüklüyüne baxmadan seni bağışlayaram. Ey Ademoğlu! Günahların göyleri dolduracaq qeder olsa, sen Menden bağışlanmağını dileyersen, günahlarını efv ederem. Ey Ademoğlu! Sen yer üzünü dolduracaq qeder günahla hüzuruma gelsen, ancaq Mene heç bir şeyi ortaq qoşmamış, şirke bulaşmamış olsan, Men de seni yer üzü dolusu meğfiretle qarşılayaram."4
    Peyğember efendimiz (s.e.s) bir hedisinde de qulun işlediyi günahdan dolayı tövbe edib Rebbine dönmesini çöl şeraitinde yaşayan, çöle çıxarken varı-yoxu bir devesi olan bir insanın qemini ve sevincini dile getirerek bize bele buyurur:

    "Bir adam quraq, boş ve tehlükeli bir erazide devesi ile yol gedir. erzağını, yemek-içmeyini devesinin üzerine yükleyib. Birden yuxu onu tutur. Oyandığında bir de görür ki, devesi yoxdur. Devesini axtarmağa başlayır. Heç cür tapa bilmir. Aclıqdan ve susuzluqdan perişan bir veziyetde öz-özüne bele deyir: 'Artıq ilk olduğum yere gedib ölene qeder orada yatım.' Gedir, ölmek üzere başını qolunun üzerine qoyur. Bir ara oyanır. Baxır ki, devesi yanında dayanıb. Bütün erzağı, yemek-içmeyi de devesinin üzerindedir.Bax, Allah-Tealanın qulunun tövbe etmesinden duyduğu memnuniyyet birinizin kimsesiz sehrada itirdiyi devesini taparken sevinmesinden daha çoxdur."5
    Ana uşağını oda atar mı?

    Cenab-i Haqqın rehmeti, şefqeti ve merhemeti sonsuzdur. Bütün qullara yeter, bütün bir aleme kafi geler. Özünü tanıyan, ancaq günahdan elini çeke bilmeyen, nefsine esir düşmüş qullarını özbaşına buraxmaz. Bir başqa deyişle, Cenab-i Haqq özüne yönelen qulunu çeşidli vesileler yaradaraq onu rehmet iqlimine çeker. Yeni, Allah qulunu cezalandırmaq üçün yaratmayıb, bir fürsetini tapıb onu Cehenneme atmaq üçün dünyaya göndermeyib. Nece ki, insan öz uşağını xetasından dolayı oda atmazsa, Uca Allah da Özünü Rebb olaraq tanıyan qullarından sonsuz merhemetini esirgemez, onları Cehenneme atmaz.

    Hezreti Ömer (r.e) Seadet esrinde şahid olduğu bir hadiseni söyleyerken bu barede efendimizin (s.e.s) müjdesini de bildirir.

    "Bir döyüşden sonra esirler arasında uşağından ayrı düşmüş bir qadın da vardı. Qadın uşağına olan hesretine son qoymaq üçün gözüne deyen her uşağı qucaqlayır, bağrına basır ve yedirirdi. Resulullah (s.e.s) çevresindekilere:"

    "Bu qadının öz uşağını oda atmağına ehtimal varmı?" deye soruşdu.

    "Qetiyyen, atmaz." dediler. Bunun üzerine Resulullah (s.e.s):

    " Allah Teala qullarına bu qadının balasına olan şefqetinden daha merhemetlidir." buyurdu."6
    Hedis-i şerifler Cenab-ı Haqqın sonsuz meğfiretinden ve rehmetinden behs edir. Eyni şekilde, deyişmez bir prinsib olaraq ayet-i kerimeler ümumi ölçüleri verdikden sonra vacib bir nöqteni xatırladır. O da qulluq şüurunu zedelememek, qulun Rebbine olan sayğı heddini aşmamaqdır. Tövbe, istiğfar etdikden sonra nece olsa Allah bağışlayar deyib günah işlemeye davam etmemeli ki, qulluq sirri yox olmasın. Quran bu heqiqete bele işare edir:

    "O mütteqiler ki, bir günah iş gördükleri yaxud özlerine zülm etdikleri zaman Allahı yada salıb (tövbe ederek) günahlarını bağışlamasını isteyerler. Axı günahları Allahdan başqa kim bağışlaya biler? Ve onlar etdiklerini (gördükleri işin pis olduğunu) bildikde (tövbeden sonra) bir daha ona qayıtmazlar."7
    Günahla Menevi Tereqqi

    Qul işlediyi günahdan dolayı Allaha daha ciddi sığındığı ve daha ixlaslı şekilde yöneldikde menevi tereqqi elde edir. Quran bu heqiqeti 'günahların savaba çevrilmesi' şeklinde bildirmekdedir.

    "Ancaq tövbe eden ve gözel işler işleyenler bunda istisnadır. Allah onların günahlarını silib,evezine yaxşılıqlar verir. Allah çox bağışlayıcı, çox merhemet edicidir."8

    Cenab-i Haqq suç ve günahlarını etiraf eden, peşmanlıq duyan kimselerin hem günahlarını bağışlayır, hem de günahlarının yerini savabla doldurur, belelikle günah savabla evez olunur, günah savabla yer deyişdirir. Buna esasen bezi hedis alimleri "Bezi günahlar vardır ki, mömin üçün bir çox ibadetden daha faydalıdır." deyirler.

    Her kes xeta işleye biler, hetta her kes mütleq xeta eder, günaha girer. Ancaq günahkarların da xeyirlisi vardır. Bu xeyri efendimiz (s.e.s) bele ifade edir:

    "Her insan xeta işleyer, ancaq xeta işleyenlerin en xeyirlisi çox tövbe edenlerdir."9
    Xeta edenlerin tövbeleri ile, xeyirli bir insan olmaları ile yanaşı, bir de Allahın sevdiyi bir qul olma mertebesine yüksele bilerler. Quranın verdiyi bu müjde İslamın insana teqdim etdiyi en sevimli müjdelerden biridir:

    "Heqiqeten de, Allah çox tövbe edenleri ve temizlenenleri sevir."10
    Peyğember efendimiz (s.e.s) bu ayeni bele tefsir edir:

    "Şübhesiz Allah tekrar-tekrar günah işlediyi halda üst-üste tövbe eden qulunu sever."11
    Bu sevginin gerçek şüurunda olan Peyğemberimiz (s.e.s) heç bir günahı olmadığı, günahlara qarşı qorunduğu halda, günde yetmiş defe, bezen yüz defe tövbe ve istiğfar ederdi. Çünki istiğfarın içinde 'mehbubiyyet' mertebesi ve xoşbextliyi var.

    Ancaq bu müjdeni yanlış yere yozaraq "Madam günahlar savaba çevrile bilir , evvel günah işleyib sonra da tövbe etsek, olmaz mı?" kimi cerbezelerle (lüzumsuz sözlerle) meseleye yanaşmamaq lazımdır.

    Bele bir yanaşma, her şeyden evvel, qulluq edebine ziddir. Bu hal, -haşa- Allahı imtahan etmek, dini hökmlere ciddi yanaşmamaq sayılır ki, bu işin sirrini qavramamaq olur. Bele bir istismara qarşı bir çox ayede efvin yalnız Allaha aid olduğu, Allahın istediyini bağışlayacağı, istediğini ezaba düçar edeceyi bildirilerek xavf-reca müvazinesine, ümid-qorxu tarazlığına diqqet çekilir.

    Qaldı ki, "Nece olsa tövbe ederem." düşüncesiyle günaha işleyen kimse tövbe etme imkanını tapa bilecekdirmi, buna ömrü yetecekdirmi, bir garantı varmıdır? Ve ya en önemlisi, davranışları Allahın qezebine tuş geldiyi halda, Allah ona tövbe etme imkanı verecekdirmi? Bütün bunların da nezerden qaçmaması lazımdır.

    "Ferzleri yerine yetiren, kebireleri işlemeyen xilas olar."

    Bütün bunlarla birlikde, xüsusile her gün yüzlerce günahın hücumuna meruz qalan möminin en mühüm meselesi günahdan çekinmeye çalışması, günah mühitinden uzaq durması, günah işlemeye açıq olan qapılara yanaşmamasıdır. Bir növ 'defi-şer' etmesi, şerli işlerden uzaq qalmasıdır. Bu xüsus bu dövrde çox böyük önem qazanmaqdadır. Teqva sirrine de ancaq bu yolla çatmaq mümkündür. Çünki bir haramı, böyük bir günahı terk etmek ferzdir. Bir vacibi işlemek bir çox sünnetden daha savabdır. Teqvanın esas alınmasıyla minlerce günahın hücumuna qarşılıq bir defelik üz çevirmekle yüzlerce günah terk edilmiş, dolayısıyla yüzlerce ferz ve vacib işlenmiş olur. Belelikle, teqva niyeti ile, günahdan çekinmek meqsedile çox sayda saleh emele yol açılır. Çünki bu zamanda "Ferzleri yerine yetiren, kebireleri işlemeyen xilas olar."12

    Bu qurtuluşu, yeni böyük günahlardan çekinenlerin nemete, ikrama ve Cennet seadetine qovuşacaqlarına Quran xeber verir:
    "Eger size qadağa olunmuş günahların böyüklerinden çekinseniz, geri qalan günahlarınızı örter ve sizi nemet ve ikramlarımızla dolu olan Cennete qoyarıq."13
    Madam beledir, "Heyatınızı imanla canlandırın ve feraizle zinetlendirin ve günahlardan çekinmekle mühafize edin."14

    Qaynaqlar:

    1. Müslim, Tövbe 9.
    2. Buxari, Tövhid 35; Müslim, Tövbe 29.
    3. Müsned, 5:130.
    4. Tirmizi, Daavat 98.
    5. Müslüm, Tövbe 3.
    6. Buxari, edeb 19, Müslüm, Tövbe 22.
    7. el-i İmran süresi, 3:135.
    8. Furqan süresi, 25:70.
    9. Tirmizi, Qiyame 49.
    10. Beqere süresi, 2:222.
    11. Müsned, 1:80.
    12. Risaleyi-Nur Külliyatı, 2:1632.
    13. Nise süresi, 4:31.
    14. Risaleyi-Nur Külliyatı, 1:5.

    Memmed Paksu


    Salam ve dua ile...

    Suallarla İslam Redaktoru 11-Sentyabr-2013 - 08:31:09

    Menbe: suallarlaislam.com

  2. #2
    Junior Member Nicole - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2013
    Mesajlar
    24
    Bəzən nəfsimizin istəklərinə boyun əyirik. İnsanların bilə-bilə günah işləmələrinin başqa səbəbləri olur.
    Həqiqətlərə yox , amma təsadüflərə gülməyim gəlir..

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 04-03-2013, 09:03 AM
  2. Cevaplar: 0
    Son Mesaj: 03-12-2013, 07:50 PM
  3. Cevaplar: 0
    Son Mesaj: 08-09-2011, 05:50 PM
  4. Günah çıxarma
    By AgLaYaN_BuLuD in forum Maraqlı Xəbərlər
    Cevaplar: 6
    Son Mesaj: 07-29-2010, 08:24 PM
  5. Günah kimdədir?
    By AgLaYaN_BuLuD in forum Gündəm
    Cevaplar: 2
    Son Mesaj: 09-26-2009, 08:36 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.