2 sonuçtan 1 ile 2 arası

Din tiryekdir?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.725

    Din tiryekdir?

    Dinin tiryek olduğunu söyleyenler Allaha, peyğemberlere inanmayan keslerdir. Bu durumda olan kimselerle “dinin tiryek” olup olmadığı baresinde mübahise etmek yersizdir. Çünki bunların bu ifadelerinin altında materyalist felsefenin tesiri var.

    Bunlarla mücadile ederken Allaha, Hz. Mehemmede (s.e.s) ve Qurana iman etmelerine şerait yaradcaqbiliklere sahib olmaq ve bu bilgilerini gözel bir üslubla -qarşı terefin xetrine deymeden-bölüşmek lazımdır.

    “Din tiryekdir.” iddiasına gelince bu ifadede yanlış ve xetalı düşünceler yatır:

    "Din qurumu heqiqetde varlıların kasıbları, ezenlerin ezilenleri, idareçi heyetin idare olunanları uyuşdurmaq, beyinlerini yumaq ve belelikleonların heqiqetleri görmelerini engellemek üçün uydurduqları bir nağıldır. Hemçinin, din dünya üçün çalışmağı engellediyinden tereqqiyemane olduğu üçün bir tiryek vezifesini görür."

    Bu iddiaların ve iftiraların heç birisinin doğru olmadığını gösteren minlerle delil var. Ancaq burada ümumi yanaşma ile ümumbeşeri bir din olan İslamın bezi meyarlarını nezerden keçirib mövzunu açmaqla kifayetleneceyik:

    a. Quranda defelerle küfrün qaranlıq, imanın ise bir nur / aydınlıq olduğu vurğulanmışdır. Bunun menası budur: İslam dinine iman edenlerin ağılları, könülleri, besiretleri, duyğuları heqiqetleri görüb qavrayacaq bir hal alır. İnkar edenlerin bu cür qabiliyyetleri korlaşıb, kortalıb çalışmadığı üçün onlar qaranlıqda qalmağa mehkumdur. Demeli, din deyil, dinsizlik tiryekdir.

    b. İslama göre insanlığa faydalı olan her cür çalışma ibadetdir. “Qiyamet qopmaq üzre olsa bele elinizden gelirse, bir ağac ekin.” tövsiyesine sahib bir din mi tiryek, yoxsa axirete inanmadığı üçün –şexsin öz menfeetine uymayan- heç bir şeyi etmeye teşviq etmeyen dinsizlik mi tiryek?

    c. İlk ortaya çıxdığı günden etibaren mezlumları, kasıbları qoruyan, zekat qurumunu qurarak varlıların mallarının bir qismini möhtac olanlarla bölüşmeyi emr eden, mezlumların haqlarını axtararken, mallarını müdafie ederken ölenleri şehid qebul eden, her cür haqsızlığı, despotluğu, zalimliyi şiddetle lenetleyen İslam dini mi, yoxsa öz menfeeti üçün başqasının ayaqlarını öpecek qeder alçaqlığı qebullanan, mükafat yeri olan axirete inancı olmadığı üçün “Menedeymeyen ilan min yaşasın.. Men tox olduqdan sonra bütün insanlar acından ölse, mene ne!” fikrini telqin eden dinsizlik mi tiryekdir?

    d. Beşeriyyet tarixi boyunca insanlara yardım elini uzadan, merhemet eden, şefqet eden, “haqsız yere bir tek adamı öldürmeyi bütün insanları öldürmek” qeder çirkin bir cinayet qebul eden Hz. İbrahim, Hz. Musa, Hz. İsa ve Hz. Muhammed (eleyhissalatü vesselam ecmain) kimi peyğemberlerin yolu olan din mi; yoxsa tarix boyunca Qabil kimi qatilleri, Firon kimi zalimleri, Qarun kimi -esla bölüşmeyi istemeyen- var-dövlet serxoşları, hakimiyyet uğrunda yüz minlerle insanı öldüren Lenin, Stalin, Mao ve benzeri çağdaş despotları yetişdiren dinsizlik mi bir tiryekdir?

    e. Allahdan geldiyine dair minlerle möcüze ve delilleri ortaya qoyan, mensublarına her zaman ölüm sonrası axiret heyatını ved ederek ölüm narahatlığını aradan qaldıran ve ya nisbeten yüngülleşdiren din mi; yaxud her zaman oyun,eylence ve narkotik vasitelerle mensublarının beyinlerini dumanlandıran, ölümün yaxınlaşdığını hiss etdikleri andan etibaren addım-addım dar ağacına aparılırmış kimi duyğuları yaddaşlarına hekk eden, xüsusile de, qırx yaşlarından sonra her gün biraz daha torpaq altına girib yox olacaqlarını telqin ederek insanları insanlıqdan çıxaran dinsizlik mi tiryekdir?

    f. Son olaraq bunu da bildirek ki, “Din tiryekdir.” sözünü ortaya atanların bir qismi de bir çox sosyolojik qurumlar kimi din heqiqetinin toplumları idare etmek ve diktatorluqlar qurmaq üçün işledilen bir xalq uyuşdurucusu olduğunu eyham edirler. Zaman-zaman inanclı kesler de bu ifadeni bu menada işletseler de, elbette, sözün esl mezmunu “din” anlayışını layiq olduğu gözellik meqamından salmaq olduğundan, biz bu suala yuxarıdakı terzde cavab vermeyi uyğun gördük. Yoxsa dinin özü dinden itifade ederek qurulan riyakar diktatorluqları yerle-yeksan edib, Qarunların, Fironların seltenetini yıxıb, zalimler yerine mezlumların ve zeiflerin haqlarını müdafie etmek üzerine qurulmuşdur. Dinin heqiqetini başa düşen (heqiqi başa düşen) her adam bu sözün haqlılığını tesdiq edecekdir.

    Qeyd: Bu mövzuları en qısa yoldan -çox gözel bir şekilde- öyrenmek üçün Risaleyi-Nur Külliyatını oxumağın çox faydalı olacağını düşünürük.

    Menbe: suallarlaislam.com

  2. #2
    Junior Member Nicole - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2013
    Mesajlar
    24
    Şiə sünni mübahisəsini görən qeyri - müsəlmanlar bizim İSLAM dinimiz haqqinda bu cür fikrə düşə bilər.. Əslində biz cəhalətimiz üzündən dini bu hala gətirdik. Din də bizi bu hala gətirdi. İslam dini bir miskinlik dini oldu .
    Həqiqətlərə yox , amma təsadüflərə gülməyim gəlir..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.