2 sonuçtan 1 ile 2 arası

Etiqad, Əxlaq, Əməl.

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Etiqad, Əxlaq, Əməl.

    E`TİQADLAR
    Biz öz fitrətimizə və əql qüvvəmizə müraciət etdikdə başa düşürük ki, heyrətamiz bir quruluşa, dəqiq qanunauyğunluqlara malik olan varlıq dünyası öz-özünə, təsadüf üzündən yarana bilməz; həmçinin insanı heyrətə gətirən bu varlıqlar sistemi, onu nizamlayıb tənzim edən bir qüvvə olmadan vücuda gələ bilməz. Şübhəsiz, bunlar sonsuz qüdrət və elmə malik olan bir Yaradan tərəfindən xəlq edilmişdir. Belə ki, O, bu böyük və əzəmətli dünyanı yaratdıqdan sonra varlıq aləminin hər bir yerində dəyişilməz və sabit qanunlar bərqərar edərək yaradılış dünyasını çox dəqiq nizam əsasında idarə edir. O, heç bir şeyi əbəs yerə yaratmamışdır, heç bir varlıq dünyaya hakim kəsilən ilahi qanunlardan xaricdə deyildir.
    Mərhəmətli Allahın öz yaratdıqlarına qarşı bu qədər lütf və mehribanlıq göstərməsini nəzərə alaraq, Onun, yaradılış aləminin şah əsəri olan insanı öz başına buraxmasını təsəvvür etmək olarmı?! Görəsən insan adlı həddən artıq mürəkkəb bir məxluqa yol göstərmədən, bəşər cəmiyyətini, onun əksər hallarda nəfsani istəklər əsiri olan, nəticədə azğınlığa, bədbəxtliyə düçar olan əqlinə həvalə etməsi mümkündürmü?! Əlbəttə, bu sualların cavabı hamıya gün kimi aydındır.
    Deməli, Allah-taala bəşəriyyəti düzgün yola istiqamətləndirmək üçün, hər növ səhv və xətadan uzaq olan peyğəmbərlər göndərməlidir ki, insanlar o göstərişlərdən istifadə etməklə əbədi səadət və xoşbəxtliyə nail olsunlar.
    İnsan, bu dünyada dini göstərişlərə əməl etməyin fayda və tə`sirlərinin tam şəkildə aşkar olmadığını, yaxşı əməl sahiblərinin öz həqiqi mükafatlarını almadığını, eləcə də zalım və pis insanların öz əməllərinin nəticəsini görmədiyini müşahidə etdikdə, hər bir şeyin öz ədalətli həllini tapması üçün bu dünyanın yetərli olmadığını başa düşür; belə hökm edir ki, başqa bir aləm də olmalı və orada insanların əməlləri dəqiq şəkildə araşdırılmalıdır; xeyir işlərə görə mükafatlanmalı, çirkin və yaramaz işlərə görə isə cəzalanmalıdır. İlahi dinlər insanları bu və sonradan müfəssəl şəkildə bəyan olunacaq sair haqq e`tiqadlara təşviq edir və onları cəhalət, nadanlıq və qəflətdən uzaqlaşdırır.



    ƏXLAQ
    Dini tə`limlər bizə öyrədir ki, həyatda bəyənilən sifətlərə və gözəl əxlaqa malik olaq, özümüzü gözəl insani səciyyələrlə zinətləndirək, öz vəzifə və məs`uliyyətlərimizi başa düşüb xeyirxah olaq, insanları sevək, mehriban, vəfadar, xoşəxlaq, gülərüz və ədalətli olmağa çalışaq, haqqımızı müdafiə edək, öz hüquqlarımızın həddini aşmayaq, xalqın canına, malına və namusuna toxunmayaq, elm və ədəb öyrənmək yolunda əlimizdən gələni əsirgəməyək, nəhayət ədalət və mö`tədilliyi həyatımızın bütün yönlərində tətbiq edək.


    ƏMƏL
    Dini tə`limlərdə bizə göstəriş verilir ki, həyatda insanın həm özünün, həm də cəmiyyətin mənafeyinə uyğun olan bə`zi işləri yerinə yetirək, fitnə-fəsad və azğınçılıq yaradan işlərdən uzaq olaq; bundan əlavə, bizə əmr olunur ki, Allaha sitayiş edərək namaz qılıb oruc tutaq və Allaha itaət və bəndəçilik nişanələri olan müəyyən əməlləri yerinə yetirək.
    Mə`lum olduğu kimi, dinin gətirdiyi və insanları ona tərəf də`vət etdiyi qayda-qanunların bə`ziləri e`tiqad, bə`ziləri əxlaq və bə`ziləri isə əməllə əlaqədardır ki, onların qəbul və ya əməl edilməsi əbədi xoşbəxtliyin yeganə vasitəsidir. Əks təqdirdə, insan həqiqətdən uzaqlaşaraq, gözəl əxlaq və yaxşı əməllərdən məhrum olar, heç vaxt həqiqi səadətə nail ola bilməz.
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Etiqad, Əxlaq, Əməl.

    melumatin ucun saq ol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.