Günlərin bir günü bir kişi şəhər kənarındakı bir meşəlikdə namaz qılıb, ibadət edirdi.
Həmin yerdə bir gənc oğlanla gənc qız görüş təyin edib görüşürlər.
Onlar bir - birlərini çox sevirdilər. Sevgililərin görüşü ürəkdolu söhbətlərlə,
şirin danıshıqlarla zəngin idi, başları söhbətə elə qarışmışdı ki,
yarım saatın necə keçdiyinin fərqinə belə varmadılar.
Görüş vaxtları bitdi.
Qız sağollaşıb şəhərə - evlərinə qayıtdı.
Oğlan hələ də görüşün təsiri altında uca bir ağacın altında oturub
xəyallara dalmışdı.
Birdən namaz qılan ağsaqqalın səsi oğlanı diksindirdi:
"Ay bala, bu boyda meşədə yer tapmadınız görüşəsiniz?
Görmürsünüz, namaz qılıram, ibadət edirəm edirəm?
Axı səs - küyünüzdən bilmədim namazlarımı necə qıldım!".
Oğlan təəcüblə ağsaqqalı süzüb dedi:
"Ağsaqqal, çox üzr istəyirəm, mən o qızı sevirəm.
Onunla görüşüb danışanda, sevgilimdən başqa heç kəsi görmürəm, eşitmirəm.
Ona görə də sizi görmədim!".
Ağsaqqal başını buladı.
Elə bu vaxt yenə də oğlan dilə gəldi:
"Necə? Siz burada namaz qılırdınız? Gərək ki namaz da bəndənin sevdiyi Allahla görüşüb danışmasıdır.
Bəs siz sevdiyiniz Allahla necə danışırdınız ki, bizi həm görüb, həm də eşidirdiniz?
Axı insan sevdiyi ilə təmasda olduqda, ondan başqa həyatda heç nə gözünə görünmür?!".


Bu sözlər ağsaqqala çox təsir etdi və o, gənc aşiqdən Allah eşqini, Allahla təmasın incəliklərini öyrəndi . . .


Fikrlərinizi bildirməyi unutmayın...