Sayfa 3/12 İlkİlk 12345 ... SonSon
111 sonuçtan 21 ile 30 arası

Günümüzə Haqqı oxuyaraq başlayaq....

  1. #21
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    əs Salamu aleyukm
    Bağışlayan və rəhimli alllahın adıyla!

    "İnsanın ən yaxın dostu Allahı ona daha çox xatırladandır".
    Allah səndən razı olsun!
    Sənin bu mövzuda yazdıqlarını izləməkdəyik! Sadəcə arada mesajlarımız olmaya bilir ki, QURAN ayələrinin arasına girməyək
    Əs salamu aleykum
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    Alıntı sahhat25 Nickli Üyeden Alıntı
    əs Salamu aleyukm
    Bağışlayan və rəhimli alllahın adıyla!

    "İnsanın ən yaxın dostu Allahı ona daha çox xatırladandır".
    Allah səndən razı olsun!
    Sənin bu mövzuda yazdıqlarını izləməkdəyik! Sadəcə arada mesajlarımız olmaya bilir ki, QURAN ayələrinin arasına girməyək
    Əs salamu aleykum
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    Allah razı olsun qardaş. Bu ayələri kimsə oxuyursa ne gözəl....
    Əziz qardaş 1 ayədə Allah
    Bismillah
    35:32 Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər , kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər . Bu (Kitaba varis olmaq) böyük lütfdür!

    InşAllah məndə buna calışıram. Amma az calışıram

    35:33 Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
    35:34 Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!
    35:35 Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!”

    56/26

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  3. #23
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    68 Nun
    Nun və ya əl-Qələm (Qələm) surəsi
    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 Nun! And olsun qələmə və yazdıqlarına ki,
    2 Sən Rəbbinin neməti sayəsində divanə deyisən!
    3 Və həqiqətən, səni minnətsiz mükafat gözləyir!
    4 Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
    5 Sən də görəcəksən, onlar da görəcəklər,
    6 Hansınızın divanə olduğunu!
    7 Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!
    8 Elə isə (Allahın ayələrini) yalan sayanlara itaət etmə!
    9 (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!
    10 İtaət etmə hər and içənə, alçağa;
    11 Qeybət edənə, söz gəzdirənə;
    12 Xeyrə mane olana, həddi aşana, günaha batana;
    13 Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya -
    14 O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
    15 Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.
    16 Biz (tezliklə) onun burnuna damğa basacağıq!
    17 Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər.
    18 Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
    19 Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi.
    20 Və o (yanıb) qapqara qaraldı .
    21 Onlar səhər qalxıb bir-birini belə səslədilər:
    22 Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
    23 Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər:
    24 “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
    25 Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.
    26 (Bağı) bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq!
    27 Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
    28 Onların ən ağıllısı dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
    29 Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
    30 Onlar bir-birini danlamağa başladılar.
    31 Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
    32 Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən diləyirik!”
    33 Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
    34 Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
    35 Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!

    Allaha təslim olun Nəim cənnətləri sahiblərini gözləyir. Hec olmasa 1 addım atın o bağı qazanmaq üçün..............
    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  4. #24
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    92 əl Leyl
    əl-Leyl (Gecə) surəsi
    (Məkkədə nazil olmuşdur, 21 ayədir)
    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 And olsun bürüməkdə olan gecəyə;
    2 And olsun işıqlanmaqda olan gündüzə;
    3 And olsun kişini və qadını yaradana ki,
    4 Sizin zəhmətiniz cürbəcürdür! .
    5 Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
    6 Və ən gözəl sözü təsdiq etsə,
    7 Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
    8 Amma kim xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
    9 Və ən gözəl sözü yalan saysa,
    10Biz ona ən çətin olanı müyəssər edəcəyik
    11Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
    12 Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! .
    13 Axirət də Bizim, dünya da Bizimdir!
    14 Mən sizi alovlanan bir atəşlə qorxutdum.
    15 Ora ancaq azğın (kafir) daxil olar.
    16 O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
    17 Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar .
    18 O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
    19 O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin .
    20 O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
    21 And olsun ki, o razı olacaqdır!

    56/26

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  5. #25
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    91. əş-Şəms
    "Günəş" surəsi, 15 ayə,
    Məkkədə nazil olub.

    1 And olsun günəşə və onun saçdığı şəfəqə!
    2 And olsun ondan sonra zühur edən aya!
    3 And olsun günəşi açıqlığa çıxardan gündüzə!
    4 And olsun günəşi bürüyən gecəyə!
    5 And olsun göyə və onu qurana!
    6 And olsun yerə və onu döşəyənə!
    7 And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
    8 ona günahları və Allahdan qorxmağı təlqin edənə!
    9 Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
    10 Onu günaha batıran isə ziyana uğramışdır.
    11 Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
    12 Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
    13 Allahın elçisi onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!"
    14 Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
    15 Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  6. #26
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    114. ən-Nəs
    "İnsanlar" surəsi, 6 ayə,
    Mədinədə nazil olub.

    1 De: "Sığınıram insanların Rəbbinə,
    2 Insanların Hökmdarına,
    3 Insanların məbuduna!
    4 Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
    5 O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
    6 cinlərdən də olur, insanlardan da!"

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  7. #27
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    71. Nuh
    "Nuh" surəsi, 28 ayə,
    Məkkədə nazil olub.


    1 Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: "Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!"
    2 O dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
    3 Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
    4 Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!"
    5 O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
    6 Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.
    7 Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
    8 Sonra mən onları aşkarcasına dəvət etdim.
    9 Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
    10 dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
    11 O, sizin üzərinizə bol-bol yağış göndərər,
    12 var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
    13 Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
    14 Axı O sizi mərhələlərlə yaratdı.
    15 Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
    16 Ayı bir nur, günəşi də çıraq etmişdir.
    17 Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
    18 Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
    19 Allah yeri sizin üçün xalı təki döşədi.
    20 Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz".
    21 Nuh dedi: "Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
    22 Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
    23 və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!"
    24 Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma".
    25 Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
    26 Nuh dedi: "Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
    27 Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
    28 Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır".

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  8. #28
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    87. əl-Əla
    "Ən Uca" surəsi, 19 ayə,
    Məkkədə nazil olub.

    1 Ən Uca Rəbbinin adına təriflər de!
    2 O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
    3 O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
    4 O Rəbbin ki, otlağı cücərdib,
    5 sonra da qaralmış samana çevirdi.
    6 Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
    7 Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
    8 Səni ən asan olana müvəffəq edərik.
    9 Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
    10 Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
    11 Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
    12 O kimsə ki, Cəhənnəmə atılacaq,
    13 O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
    14 Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
    15 O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
    16 Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
    17 Axirət isə daha xeyirli və daha sürəklidir.
    18 Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
    19 İbrahimin və Musanın səhifələrində.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  9. #29
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47


    21 Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: "Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?" Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
    22 Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: "Cənnətə girməyiniz qadağandır, qadağan!"
    23 Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.
    24 Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
    25 Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir.
    26 Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır.
    27 Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
    28 Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!
    29 Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı". Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
    30 Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!"– deyəcək.
    31 Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər.

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  10. #30
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    1.1 Mərhəmətli, rəhmli Allahın adı ilə!
    ...Haqq yolu tutub gedenlere salam olsun ! 20:47

    62:9 Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
    62:10 Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


Sayfa 3/12 İlkİlk 12345 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.