10 sonuçtan 1 ile 10 arası

"MÜQƏDDƏS VALENTİN" GÜNÜMÜ:)YOX!!

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    "MÜQƏDDƏS VALENTİN" GÜNÜMÜ:)YOX!!

    - Hazırsanmı?
    - Nəyə?
    - Nəyə olacaq, “Sevgililər gününə”. İnanmıram, sevgilinə hələ hədiyyə almamısan?
    - Çox sağ ol. Yaxşı ki, xatırlatdın. Tamam yadımdan çıxmışdı.

    Bu günlərdə gənclər arasında bu cür dialoqların şahidi oluruq.
    Artıq fevral ayındayıq. Ayın ortalarına doğru gəldikcə bu günlərdə çevrəmizdə bir canlanma hakim olur - “Sevgililər günü” yaxınlaşır. Hamı bayramı qeyd etməyə hazırdır. Vitrinlər, küçələr, mahnılar, ürək şəkilli şarlar. Bu gün kim daha çox sevdiyini göstərəckdir. Əllər ciblərə girir. Kimi daha çox pul verir, kimisi hədiyyə... Əslində kimlər qazanacaq? Təbii ki, ən başda gülsatanlar, kosmetika sektoru, şirniyyat dükanları, geyim dükanları, restoranlar... Zavallı insanlar da bir-birindən geri qalmamaq üçün pullarını israf edərək “sevgilərini” sevdiklərinə göstərməyə çalışır.

    Bir az keçmişə dönək. Bu gün haradan gəlib?
    Sevgilər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma “tanrı”larının kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrı”sı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.

    Bu bayram, xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa bir qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.

    Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər. Bir yerdə olan gənclərdən bir çoxları bayramdan sonra ailə qurardılar.

    Roma imperatoru 2-ci Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problem idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.

    Buna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.

    Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü” olaraq bayram etməyə başladılar.

    Necə idi, hekayə xoşunuza gəldimi? Ölkəmizdə bu günün qeyd olunmasının dini baxımdan heç bir əsası yoxdur. Bu, sadəcə ticarət xatirinə edilən bir oyundur. Önəmli olan nə siz, nə sizin sevginiz, nə “Müqəddəs Valentindir”. Önəmli olan sizin bu gün nə qədər çox pul xərcləməyinizdir. Kapitalist sistemi çarxının bu günlərdə nə qədər coşqulu firlanmasına bir baxın. Bütün alış-veriş mərkəzləri hədiyyə seçmək üçün əlləşib vuruşan insanlarla dolu olur. Bilərəkdən bu günü insanların düşüncələrinə elə yeridiblər ki, artıq insanlar bu günün vazkeçilməz olduğunu düşünürlər. Fırlanan bu çarxda sizin sevginizin yeri haradır görəsən? Çarxda yer alan sevginizdir, yoxsa sevginizi göstərmək üçün cibinizdən çıxan pul?

    Bu günü qeyd edən insanların çox hissəsi bu bayramdan xəbərsizdilər. Təəssüflər olsun ki, hazırda bu bayrama qarşı olmaları gözlənilən müsəlmanların da fərqli davranmadıqlarının şahidi oluruq.
    Müasir dünyanın oyunlarına aldanan, əllərində qırmızı güllərlə yoldaşlarını təbrik etməyə tələsən müsəlman kişilər!
    Bu gün xatırlanmalarını istəyən ancaq təbrik edilmədikdə yoldaşına qarşı kobud davranan müsəlmanlar xanımlar!
    Bir müsəlmanın bu bayramda mövqeyi bəlli olmasına baxmayaraq, təəssüflər olsun ki, bu düşünülmüş oyun qarşısında dinimizə qətiyyən aid olmayan bu bayramı müvəffəqiyyətlə keçirməyə davam edirsiniz. Bunun da əsas səbəbi dinimizi lazımi səviyyədə biliməməkdir. Gəlin bu günlərdə qarşımıza çıxan, bilərəkdən bu gün üçün hazırlanmış, oyunun bir parçası olan, gözəl sevgi sözlərinə, qiymətləri iki qat qaldıran gül satıcılarına aldanmayaq.

    Peyğəmbər (s.a.s) müsəlmanlara kafirlərin adət-ənənələrinə əməl etməyi qadağan etmişdir. Ona görə ki, onlara zahirən oxşamaq - onların mənəvi dəyərlərini qəbul etmək və onların batil əməllərinə razılıq etmək deməkdir.

    Əbu Davud ibn Ömərdən rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Kim özünü başqa bir qövmə bənzədirsə həmin insan onlardan sayılır”. (Albani bu hədisi səhih saymışdır)

    “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)”. (əl-Həcc 22:67)

    “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir”. (Ali-İmran 3:19)

    “Bunu unutmayın. və Allah qatında heç bir din məqbul deyildir. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran 3:85)

    Bu üzdən haqq dinə inanan müsəlmanların başqa bir dinə aid olan adət-ənənələrini qəbul etmələri heç bir məntiqə sığmır. Peyğəmbər (s.a.s) biz müsəlmanlara digər din mənsublarına aid olan inanc, ibadət ya da adət və davranışlarımızda onlara oxşamağımızı bildirmişdir. Xristianların dini bayramı olan bu bayramın biz müsəlmanların dinimizə, adət-ənənəmizə nə qədər uyğun gəldiyini bir düşünün.

    Bundan sonrası sizlərə qalıb. İndi istəyirsiniz özünüzə sual verin. Mən müsəlmanam, bu bayramı niyə qeyd etməliyəm?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    İstanbul/ Türkiye
    Mesajlar
    240
    Valentin günü haqqında bir az bilirdim ama bu qeder çox etraflı bilmirdim.Çox sağol

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Frankfurt /D
    Mesajlar
    200

    Re: "MÜQƏDDƏS VALENTİN" GÜNÜ

    Alıntı Deli_UREK Nickli Üyeden Alıntı

    Eline saglik kardesim, bu bilgileri bizimle paylastigin icin senden Allah razi olsun.
    Hayat üc bucuk ile dört arasindadir; Ya ücbucuk atarsin, Ya da dört dörtlük yasarsin!!
    " Inandigin gibi yasamazsan; yasadigin gibi inanmaya baslarsin ! "
    *Kurtul tesirinden sahte sözlerin,
    Cag idrakinize hasret sizlerin,
    HAQQA kafa tutan beyinsizlerin,
    Ákibeti neymis görme vaktidir !...*

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485
    Siz sagolun cox sevindim hec olmasa 2 nefer bildise

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Salam Rüfət..
    Foruma baxanda sənin bu mövzuya toxunduğunu görəndə öncə bun dəstəklədiyini anladım. Üzülmüş halda tez mesajını oxudum. Amma sənin həqiqət yolunda olmağını biləndə "Allah səndən razı olsun qardaş" dedim. Ona görə ki, bu bizə aid olmayan bir qeyd etmədir. Bunu bilməyənlərində oxuyub öyrənməsi nə qədər gözəl olar.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  6. #6
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485
    Cox Sagol qardasim.. Borcumuzdur

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    sizle raziyam,Azerbaycanin kendinin ozel sevgililer gunu var
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Alıntı Sindy Nickli Üyeden Alıntı
    sizle raziyam,Azerbaycanin kendinin ozel sevgililer gunu var
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh.
    doğrudur bizim xalqa aid öz sevgililər günü var. 30 iyun " İlham və Fərizə" 20- yanvar şəhidləri xatirəsinə həsr olunaraq onların toy günü sevgililər günü kimi qeyd olunur.

    Əzizlərim... Gəlin Sevdiklərimizə, sevgililərimizə bir günün xatirinə gözəl davranmayq. Bizim üçün yaradılan hər bir gün Allahımıza sevdiklərimizə həsr olunmalıdır. Hər hansısa bir günü simvollaşdıraraq xüsusi qeyd etməyin o qədərdə xeyiri yoxdur.
    Müqəddəs dinimizə baxsaq Allah təala bizə bunları hər gün etməyi buyurmuş. Yəni, sevgilimiz hər gün bizim ən əzizimizdir. İldə hansısa bir gün deyil, onları hər gün, hər saat, hər dəqiqə, hər an sevərək təbrikləyə bilərik.
    DELİ_UREK demişkən " Kim qazanır? Gül satanlar, hədiyyə satanlar" Həmin gündə bunlar yaşayaraq solur.
    Hərdən hədiyyə alnamayn sevgiliyə qarşı tərəf etirazını bildirərək niyə hədiyyə almadığını soruşar yada bildirmədən küskünlük yaşadar, sevilmədiyini düşünər, bir balaca hədiyyəyə də dəymədim... deyər. Sevgilərini hədiyyə ilə qiymətləndirərlər. Bir haqlı tərəfdə var ki, diqqətsiz sevgililər var. Qarşı tərəf ildə bir dəfə də olsa ondan diqqət gözləyir. Xeyir! əsla! belə deyil. Yuxarıda qeyd etdiyim kimi, hər gün hər an diqqətli olmaq lazımdır.

    Dediklərimi qəbul etməzsinizsə. Lütfən cavab yazın.
    Yada Məhəmməd Peyğəmbər (s.a.s) -in və qizi Fatimeyi Zəhranın həyat və ailə davranışları (və eləcə də İmamlarımız (s))haqqında oxumanızı xahiş edərdim. Çox zaman düşünürlər ki, onlar bəşərin ən gözəl insanları biz onlar kimi olub özümüzü onlara oxşada bilmərik. Amma elə deyil! Onlar bizim tərbiyə və əxlaq alacağımız insanlar. Onlardan deyildə kimdən öyrənəcəyik.

    Sevgililərimiz hər gün bizim ən əzizlərimizdir. Onlar hər an sevgi, diqqət və hədiyyəyə layiqdir!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946

    Re: "MÜQƏDDƏS VALENTİN" GÜNÜMÜ:)YOX!!

    "Ölkəmizdə bu günün qeyd olunmasının dini baxımdan heç bir əsası yoxdur. Bu, sadəcə ticarət xatirinə edilən bir oyundur. Önəmli olan nə siz, nə sizin sevginiz, nə “Müqəddəs Valentindir”. Önəmli olan sizin bu gün nə qədər çox pul xərcləməyinizdir. Kapitalist sistemi çarxının bu günlərdə nə qədər coşqulu firlanmasına bir baxın. Bütün alış-veriş mərkəzləri hədiyyə seçmək üçün əlləşib vuruşan insanlarla dolu olur. Bilərəkdən bu günü insanların düşüncələrinə elə yeridiblər ki, artıq insanlar bu günün vazkeçilməz olduğunu düşünürlər. Fırlanan bu çarxda sizin sevginizin yeri haradır görəsən? Çarxda yer alan sevginizdir, yoxsa sevginizi göstərmək üçün cibinizdən çıxan pul?"

    Seninle tam razıyam... Bu tamamen 'ticaridir'

    "Peyğəmbər (s.a.s) müsəlmanlara kafirlərin adət-ənənələrinə əməl etməyi qadağan etmişdir. Ona görə ki, onlara zahirən oxşamaq - onların mənəvi dəyərlərini qəbul etmək və onların batil əməllərinə razılıq etmək deməkdir."

    Bu barede de... tam razıyam... Müselmanların Xristianların adetlerini götürmeleri düz deyil. Bunu heyf ki Xristianlar da edir... Xristianların 'göz mıncığı' almaları ve evde tutmaları kimi... Şeytan kaynaklı ve putperest uygulaması olan 'göz mıncıklarının' evlerine soktuklarında cinleri evlerine çağırdıklarının farkında deyiller... Tek bu da deyil... Evlerine gonderilen qurban etlerini de yiyen xristianlar var... Başqa bir ilah adına kesilmiş qurbanı yemeleri düz deyil... Aşure, helva ve bu cüre yiyecekleri de yemeleri düz deyil. Hetta oruc ayında iftara iştirak edenler de var, ki bu da xristianlar üçün yaxşı deyil.

    "Xristianların dini bayramı olan bu bayramın biz müsəlmanların dinimizə, adət-ənənəmizə nə qədər uyğun gəldiyini bir düşünün."

    Xristianlar üç bayram qutlar: 1) Doğuş Bayramı (Noel), 2) Diriliş Bayramı (Paskalya), 3) Pentikost Günü. Bunların dışında bayram yoxdur; ancaq bezi mezheplerin ehemmiyet verdikleri 'xususi' günler vardır. Amma 'Sevgililer Günü" (Bayramı) dini bir şey deyil. Xristian bayramı da deyil. Dinle heç elaqesi de yox (yas zamanı saqqal saxlamanın olmaması kimi).

    "Mən müsəlmanam, bu bayramı niyə qeyd etməliyəm?"

    Ben de xristianam, bu bayramı qeyd elemirem!
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh.
    doğrudur bizim xalqa aid öz sevgililər günü var. 30 iyun " İlham və Fərizə" 20- yanvar şəhidləri xatirəsinə həsr olunaraq onların toy günü sevgililər günü kimi qeyd olunur.

    Ve aleykum salam ve rehmetullahi ve berekatu

    Ozune intihar eden niye shehid olsun ki ?
    Dinimizde 2 bayram var Ramazan bayrami ve Qurban bayrami. Bashqa bayramlar ise qeyri islamidir...

    56/26
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.