4 sonuçtan 1 ile 4 arası

Ramazan bayramı və bayram namazı

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Ramazan bayramı və bayram namazı

    Hörmətli oxucular, Ramazan ayı boyunca oruc tutandan sonra bayram namazına qatılmamaq gözəl, amma üstü örtülməmiş bir binaya bənzəyir.

    Heç rəvadırmı ki, bir ay boyunca bu gözəl ibadətin feyzini yaşayıb sonunda bayram namazının ləzzətindən məhrum qalasan?! Ona görə də biz bayram namazı haqqında bəzi bilgiləri sizəinlə paylaşmağı qərara aldıq. Bayram namazından sonra məsciddə və həyətdə insanların bayramlaşaraq bir-birinə necə sarıldığını görəndə adamın fərəhdən gözləri yaşarır. Allah-Təala hər birinizə bu feyzi, bu ləzzəti nəsib etsin! Bayram namazını unutmayın!
    Peyğəmbər Əfəndimiz (s.ə.s.) Mədineyi-Münəvvərəni şərəfləndirərkən, xalqın ildə iki dəfə bayram edib əyləndiklərini öyrənərək belə buyurmuşdur: “Uca Allah o iki bayram əvəzinə sizə onlardan daha xeyirli iki bayram ehsan etmişdir”. Sonra Əfəndimiz (s.ə.s.) o günlərin Ramazan bayramı və Qurban bayramı olduğunu müjdələmişdir. Ramazan bayramı üç gün, Qurban bayramı isə dörd gün davam edir.
    - Cümə namazı fərz olan kəslərə Ramazan və Qurban bayramı namazları da vacibdir.
    - Bayram namazları iki rükətdir. Camaatla qılınır. Əzan və iqaməsiz imam iki rükət Ramazan və ya Qurban bayramı namazına niyyət edir. Camaat da iki rükət bayram namazı qılmaq üçün imama uymağa niyyət edir. “Allahu-Əkbər” deyə itftitah təkbiri alınır, əllər bağlanır, hamılıqla səssiz “Sübhanəkə” oxunur. Sonra imam yüksək səslə, camaat gizlicə “Allahu-Əkbər” deyə üç təkbir alır. Təkbirlərdə əllər yuxarı qaldırılır, sonra yanlara salınar. Üçüncü təkbirdən sonra əllər bağlanır. İmam gizlicə “Əuzi-Bismillah”ı oxuduqdan sonra hamının eşidəcəyi səslə Fatihə surəsi və Qurani-Kərimdən ayələr oxuyur. “Allahu-Əkbər” deyərək rükü və səcdəyə gedir. Camaat da gizlicə təkbir alıb imama uyur. Sonra ikinci rükətə qalxırlar. İmam Fatihə surəsilə Qurani-Kərimdən ayələr oxuyur. Yenə birinci rükətdə olduğu kimi əlləri qaldıraraq üç dəfə təkbir alırlar. Ondan sonra imam yenə aşkar surətdə, camaat isə gizlicə “Allahu-Əkbər” deyə rükuya və səcdəyə gedirlər. Sonra oturub Tahiyyat, Salli, Barik və Rəbbanə Atina” dualarını oxuyur və salam verərək namazı tamamlayırlar.
    - İmam bayram namazını qıldıqdan sonra xütbə oxumaq üçün minbərə çıxır, cümədə olduğu kimi iki xütbə oxuyur. Ancaq bayram xütbələrinə təkbirlə başlayırlar. Camaat da yavaş səslə bu təkbirləri təkrar edir.
    - Bayram namazına yetişməyən kəs özbaşına bayram namazı qıla bilməz. İstəsə, dörd rükət nafilə namaz qılar. Bu, səhərlə günorta arası olan bir namazı əvəz edir və böyük savabı var.
    - Bayram namazları məscidlərdə və eləcə də hər kəsin toplaşa bildiyi bir yerdə qılınır.
    - Bayram günlərində erkən qalxmaq, yuyunmaq, gül yağı və bu kimi xoş ətirlər vurmaq, ən gözəl və ən təmiz paltar geymək, rast gələn mömin qardaşlara gülər üz göstərmək, iman olduğu qədər çox sədəqə vermək, bayram gecələrini ibadətlə keçirmək müstəhəb və gözəl hesab edilir.
    - Bayram günlərində müsəlmanların bir-birilərini təbrik etməsi, görüşüb salamlaşması, hal-əhval tutması və bir-birlərinə - “Allah bizi və sizi bağışlasın” kimi dua etmək də gözəldir.
    [
    Ya da
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061
    Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz! Oruc tutmaq sayı bəlli olan günlərdir. Bu günlərdə sizdən xəstə və səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə həm oruc tutub, həm də yoxsul yedirdərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (“Bəqərə” surəsi, 183-184). Ayənin hökmü belədir: müsəlmanlara oruc vacib qılınmışdır, orucun vacibliyi müəyyən zamanla bağlıdır, oruc sayı bəlli olan günlərdə tutulmalıdır, bu vaciblik xəstələrə, yolda olanlara, taqətsizlərə aid deyildir: belələri ya xəstəlikdən qurtardıqdan və yoldan qayıtdıqdan sonra oruc tutmalı, ya da fidyə - tutmadıqları orucun əvəzini verməlidirlər, amma oruc tutmaq daha xeyirlidir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    oruc tutmaq vacib qilindi

    oruc tutmaq vacib qilindi her muselmana.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Re: Ramazan bayramı və bayram namazı

    Ramazan Bayramını orucla keçirən hər bir müsəlman gərək bayram namazı ilə orucunu taclandırsın.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.