4 sonuçtan 1 ile 4 arası

Həyatı Öyrənmək

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Həyatı Öyrənmək

    Məşhur filosof Sokrat Afina hökuməti tərəfindən edama məhkum edilib zindana atılır. Zindanda filosof özünə çoxlu dostlar tapır. Bir gün Sokrat zindanbanın gətirdiyi zəhərli qədəhi əlində tutaraq ruhun ölümsüzlüyü barədə söhbətini davam etdirir. Yəni öz idealları ilə məşğuldur Sokrat. O, öz dərsini tamamlamaq düşüncələrini dinləyicilərə çatdırmaq üçün bütün ruhu ilə çalışırkən xanımı və uşaqları zindan dəhlizlərində onu soraqlayırlar. “Ata, bizi yetim qoyub hara gedirsən?” fəryadları zindanın divarlarını inlədir. Sokrat isə öz məfkurəsinin üfüqlərində belə söyləyir övladlarına və xanımına:
    - Bütün ömrümü mənasız dırdırlarınızla bulandırdınız. İndi də ölümün əzəmətini, möhtəşəmliyini heçə endirmək istəyirsiniz. Çəkilin qarşımdan!
    Qədim filosofun bu ideallarına üz tutan yazar Safiyə Ərol öz kədərini bu cür paylaşır biz oxuçuları ilə:
    - Sokrat insanlara doğru düşünməyi, ölümdən qorxmamağı öyrətdi. Böyük işdir. Amma kaş ki, bir az da yaşamağı öyrədəydi. Yaşamaq deyəndə ən gözəl şəkildə, ən qazanclı halda ömür sürməyi nəzərdə tuturuq. Doğru-düzgün yaşaya bilmək, düzgün düşünmək və qorxusuz ölmək kimi böyük bir qabiliyyət, mənəvi yüksəklikdir.
    Yaşamağı unudanlar ömür boyu ora-bura qaçırlar. Həyata da biganə qalırlar, həyatın incə gözəlliklərinə də. Estetik bir incəlikdən məhrumdurlar. Heç zaman nəzakətin, zərifliyin nə olduğunu anlamırlar, qaba görüntünün məhkumudurlar onlar.
    Belələri öz ətrafındakıları sevgidən, şəfqətdən məhrum qoyurlar. Həyatın bir küncünə atarlar onları, öz xəyalları ilə gün keçirərlər. Ömrün hər anı ideallarla bəzənməlidir heç şübhəsiz, ancaq dünya gör-götür dünyasıdır, gərək hər gün nə isə öyrənəsən, nə isə öyrədəsən.
    Estetikanın dahiləri yaşadıqları həyatın mahiyyətini idrak edənlərdir. Öz ətrafını gözüyumulu seyr etməyə çalışanlar heç nə görə bilməyəcəklər təbii ki. Belələri ömür boyu yol gedər, amma hər zaman da özlərini tənha, yalqız görərlər.
    Yüksək ideala sahib olmaq heç də o demək deyil ki, ailəndən, uşaqlarından uzaq durasan, onlarla aranda barrikada qurasan. Əslinə qalanda, hərəmiz bir az da olsa Sokrat idealizmi daşıyırıq canımızda. Bəzən elə görünürük ki, guya onlara qulaq asırıq. Əslində isə, diqqətimiz tamamən uzaqlara dikilib. Söyləmək istədiklərini isə mənasız dırdır və boş söz kimi qəbul edirik. Əslində, onlara qulaq verməli, sözlərini dinləməli, demək istədiklərini öyrənməliyik.
    İnsan bu dünyanın göz bəbəyidir. Hər insan bir özgə aləmdir bu yer üzündə, ilahi sənət əsəridir. Böyük alim Said Okur görün şərəfli varlıq olan insan haqqında nələr söyləyir:
    - İnsan elə məzmunlu bir nüsxədir ki, Allah bütün adlarını insanın nəfsi ilə insana xatırladır. Ey özünü insan bilən insan! Özünü oxu... Yoxsa, heyvan səviyyəsində insan olmaq təhlükəsi var!
    Özünü oxuya bilmək və bundan sonra varlığın mahiyyətini anlamağa çalışmaq. Möhtəşəm sənət əsəri olan insanı tanımaq, öyrənmək və öyrəndiklərini sevgi ilə, şəfqətlə öyrətmək. Bu həyatı hər kəsə anlatmaq, vəssalam...


    Mehmet Batur
    [
    Ya da
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Həyatı Öyrənmək

    İnsan elə məzmunlu bir nüsxədir ki, Allah bütün adlarını insanın nəfsi ilə insana xatırladır. Ey özünü insan bilən insan! Özünü oxu... Yoxsa, heyvan səviyyəsində insan olmaq təhlükəsi var!
    HaKKım heLaL,Sewqim haRam oLsun

  3. #3
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Həyatı Öyrənmək

    Heyat kinodur ve herkese bir rol verilib kimise ohdesnden gelir kimisi yox .

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Həyatı Öyrənmək

    Heyat yasamaqi bacaranlarindir .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.