7 sonuçtan 1 ile 7 arası

“Qarımış qız”nə etməlidir?

  1. #1
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    “Qarımış qız”nə etməlidir?

    : “Sən ailə qurmusan?” – köhnə tanışlarımızı görəndə ilk eşitdiyimiz sual bu olur. Təəssüf ki, karyera uğurları haqda deyil, məhz bu barədə soruşurlar. İnsanlar düşünürlər ki, qadın ilk növbədə nəslin artırılması üçün yaradılıb, buna görə ailəyə və uşağa mənsub olmalıdır. Onun həyatda müvəffəqiyyəti və təminatlığı hələ də daha çox bu kriteriyalarla ölçülür. Əgər qadın bunların heç birinə sahib deyilsə, cəmiyyətdə onun halına acımağa başlayırlar: “Ah… bədbəxtin həyatı alınmaylb” və ya qınayır, istehza ilə yanaşırlar. Belə hallarda siz daha çox özünüzün gərəkliliyini sübut edərək onları susdurmaq istəyirsiz.
    İlk növbədə belə suallardan yayınmaq lazımdı, axı bu sənin şəxsi həyatındı. Ən acınacaqlısı odur ki, siz özünüz də bu sualları özünüzə verirsiniz. Özünüzü aldada bilməzsiniz, xüsusən də sizin artıq kifayət qədər yaşınız varsa.
    Əgər sən “qarımış qızsan”sa nə etməlisən? Özünə həyat yoldaşı axtarmalı, yoxsa buna önəm verməməli?

    Sosioloqların fikrincə, tənha qadınlar son zamanlar kütləvi hal alıb. Bunun da obyektiv səbəbləri var. Bilirik ki, qadınların sayı kişilərin sayını üstələyir, bu fərq yaşla da artır, kişilərdə yaşama müddəti azalıb, vaxtından əvvəl ölüm halları artıb.
    Əksər kişilərdə zərərli adətlər, qanunla, sağlıqla, işlə bağlı, yaşayış yeri ilə problemlər var. Bununla yanaşı, indiki qadınlar maliyyə azadlığına və bərabərliyə can atırlar, karyerada da müvəfəqiyyətlidirlər, bu gələcək həyat yoldaşı və uşağın atasına yüksək tələblər qoyulmasına gətirib çıxarır. Müasir qadınlar yanlarında, ətrafında onunla bərabər səviyyədə kişini görmək istəyirlər.

    Bəs nə etməli: bu vəziyyətlə barışmalı və ya çıxış yolu tapmalı? İlk növbədə müəyyənləşdirin “qarımış qız” ifadəsinə necə yanaşırsınız.
    Tənha qadınlar 3 kateqoriyaya bölünür: birincilər – öz vəziyyətlərnə fəlsəfi yanaşaraq: “hələ özlərinə uyğun gələnini tapmayıblar” – deyə qeyd edirlər.
    İkincilər – bu vəziyyətə görə kompleks keçirirlər. Belə qadınlar kiminləsə yaxınlaşmaq istəyirlər, amma qorxurlar.
    Üçüncü kateqoriya – bu feministlərdi, kişiləri öz diqqətlərinə layiq görmürlər və karyeraları ilə məşğul olurlar. Bu cür klasifikasiyaya baxmayaraq onların hamsı yalnızdır və bu, faktdır. Onlar hansı kateqoriyaya aid olmalarına baxmayaraq, xoşbəxtliyə çatmaq üçün fərqlı yollarla getməli olurlar.

    Müasir dünyada evlilik artıq qadın üçün tam təminatlılıq hesab edilməsə də, cəmiyyət üçün hansı izahı verməyindən asılı olmayaraq hər normal qadın ailəyə, sevimli şəxsə, uşaqlara sahib olmaq istəyir. Özünüzü aldatsanız da, təbiəti aldatmaq olmaz. Adətən ictimai qınaqdan, fikirdən qorunaraq bu qadınlar subaylıq səadətləri barədə nağıllar uydururlar. “Mən ərə getmək istəmirəm” və ya “Mənim uğurlarım var və mənim heç nəyə ehtiyacım yoxdu, mənə heç kim lazım deyil” və s. Bu cür ifadələri işlətməklə onlar suallardan yayınırlar. Hətta hərdən zəif, sevimli və kimdənsə asılı olmaq istəyən ən güclü qadına belə təklik tam təminatlıq vermir. Zəif cinsin nümayəndələri bu suallarla özlərini yormağa başlayir: “Mənim niyə kişilərlə bəxtim gətirmir?”. Nənəyə çevrilmədən həyata açılışın. Öz yalnızlığını müvəqqəti hesab edib ondan qurtulmaq üçün hər vasitəyə can atan qadınların şansı öz vəziyyətləri ilə barışan qadınlardan daha çoxdu.

    Əlbəttə, yalnızlığın öz müsbət tərəfləri də var – öz həyatınızın sahibisiniz. Heç kim sizi əsəbləşdirmir, başqalarının çatışmayan cəhətləri ilə barışmaq, kiminsə fikri ilə razılaşmaq lazım deyil. Siz düşünürsünüz ki, ərə getməklə öz individuallığınızı itirəcəksiniz. Bu cür düşünməyə davam edin: zamanla bu cür ilyuziyalı qorunma sizi həyatın bütün gözəlliklərindən məhrum edəcək. Siz axı istəmirsiniz ətrafınızdakılar sizi qapalı, kompleksli, bədbəxt hesab etsinlər.
    Cavab verin, hansı kişi sizin dərində gizlədilmiş daxili sərvətinizi kəşf etmək istəyəcək? Razılaşın ki, belə könüllülər artıq yoxdu.

    Siz hələ öz səadətinizə qovuşmaq planını hazırlamamısınız? Hələ də gözləyirsiniz özü zənbillə göydən düşəcək? Ruhdan düşməyin, üçüncü sürətə keçin və cəsarətlə öz xoşbəxtliyinizə doğru addımlayın. Bu gun tanışlıq üçün geniş imkanlar var, internet. iş və istirahət yerləri və idman zalları – variantlar çoxdu, təki istək olsun. Öz xoşbəxtliyinizi axtarmaqdan çəkinməyin, məqsədyönlü şəkildə şəxsi həyatınızın qurulması ilə məşğul olun. Əks tərəfin mövqeyi sizə heç nə verməyəcək.
    Lakin problemin üzərində çox ilişib dayanmayın. Biri ilə alınmadısa məyus olmayın.
    Özünüzü inkişaf etdirməklə məşğul olun. Qadın yalnızlığının səbəblərinin əksəriyyəti statik problemlərdən asılı yox, şəxsidi. Bu psixoloji və fiziki məhdudiyyətlər, qapalılıq, davranış streotipləridi. Bunların hamısını ailənin yaranması hələlik təxirə salınsa da, harmoniya yaradan psixoloqların, ağıllı kitabların, dietaların, idmanın köməyilə, öz üzərinizdə işləməklə aradan götürə bilərsiniz. Əsas sirr bizim daxilimizdə, beynimizdədir. Öz komplekslərinizi dəf edin, həmişə yadda saxlayın ki, siz hamıdan füsunkar, cəzbedicisiniz. Sizin özünəinam hissiniz ətrafdakılarına da sirayət edəcək. Məlumdur ki, kişilər özünə güvənli qadınları daha çox sevir. Həyata pozitiv və sadə yanaşın, hər kəsdə müsbət cəhətləri axtarın və sizdə hər şey mütləq alınacaq!

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: “Qarımış qız”nə etməlidir?

    "Qarımış qız" bu yanaşmadan zehlem gedir!! Ailə qurmaq naminə ilk qarşına cıxanla evlenmeyeceksen ki? Elbette baxmaq düşünmek götür qoy elemek lazımdı. Soraki peşmancılıq fayda vermir Pis aile qurmaqdansa evde qalmaq yaxşıdı. Karyerada lazımdı erinin eline baxmayacaqsan ki ömür boyu.Soradaki qismet..Atalar demiş: Sen saydığın say gör felek ne sayır?
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    178

    Re: “Qarımış qız”nə etməlidir?

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    "Qarımış qız" bu yanaşmadan zehlem gedir!! Ailə qurmaq naminə ilk qarşına cıxanla evlenmeyeceksen ki? Elbette baxmaq düşünmek götür qoy elemek lazımdı. Soraki peşmancılıq fayda vermir Pis aile qurmaqdansa evde qalmaq yaxşıdı. Karyerada lazımdı erinin eline baxmayacaqsan ki ömür boyu.Soradaki qismet..Atalar demiş: Sen saydığın say gör felek ne sayır?
    Doqru soze ne deyesen ? ne edekki cemiyyetde helede bu kohne fikirler qalmaqdadi
    Asıl azmaz, bal kokmaz, kokarsa yağ kokar, onun da aslı ayrandır

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: “Qarımış qız”nə etməlidir?

    gozlemelidir oz wahzadesini gozlemelidir .inam olsa mutleq bele 1 gun gelecek.
    onu her haliynen beyenen biri . mence 1 de ki yawin bir az oten qizlar cox secim etmeselr yaxwidir .indiye kimi ozunuz ucun yawadiqiniz besdi bundan sonrasini ancaq oqlan ucun yeni heyat yoldawiniz ucun yawayin daha sonra da ovladlariniza serf edersiniz zamaninizi. ama gecikirsiniz telesin xowbextcilik arzu edirem her qiza .cunki her qiz buna layiqdir

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    27

    Re: “Qarımış qız”nə etməlidir?

    Bu qarimiw qiz sozunden hec xowum gelmir. Movzuya menim duwunce terzime uygun yanawilmayib. Tewekkurler. Her kesin bir qismeti, bir secimi var. cemiyyetin bu cur yanawmasinin eleyheneyem men. Istemezdim kimese qarimiw, evde qalmiw qiz statusu kimi yanawilsin

  6. #6
    Member Rose - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Mesajlar
    75
    Evimizi yixan budur ele.Basqalarinin evde qalmiw,yawi otmuw demesi.
    Qohumumda qiz var oxumush Ali savadli 24 yashi vardı.Bu yaşın kecir sözüne göre tez bazar birine ere getdi.Oğlan neshelenir gelir doyur soyur.2 il yashadi sonra boshandi.İndi özünüz fikirlesin qarimiw qalmaq yaxshidi,yoxsa pise gedib 1-2 ilden sonra bowanmaq.

  7. #7
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772
    Qarımış qız fikri sadece bizim ölkemize mexsusdu her halda. Xarici ölkelerde 30 yaşına kimi evlenmir çox qız. Heç kim de evde qaldın demir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.