"Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər". (Şura surəsi, 30)



İnsan nəfsinin əhəmiyyətli bir xüsusiyyəti var. Qarşımıza yaxşı hadisələr çıxdıqda, ətrafımızda həmişə gözəllik gördükdə, hər şey hər zaman istədiyimiz kimi sevincimizə səbəb olacaq şəkildə baş verdikdə böyük məmnuniyyət hissi keçiririk. Amma bu zaman bəzi insanlar başlarına gələn belə gözəl hadisələrin özləridən qaynaqlandığına inanırlar. Məhz çox çalışdığı, yaxşı insan olduğu, bir çox mövzuda diqqət və əmək sərf etdiyi, ağıllı və tədbirli davrandığı üçün işlərinin də həmişə ümid etdiyi kimi müsbət şəkildə irəlilədiyini düşünürlər. Bir sözlə, əldə etdiyi bütün uğurlara layiq olduqlarını düşünürlər.

Ancaq həmin insan istəmədiyi hadisələrlə qarşılaşdıqda, işləri istədiyi kimi nəticə vermədikdə, maddi vəziyyəti pisləşdikdə, çətinliklər meydana gəldikdə, “bütün bunlara layiq olduğu üçün başına gəldiyi” qənaətində olmur. Tam əksinə, qarşılaşdığı uğursuzluqlara layiq olmadığı, haqsızlığa, zərərə məruz qaldığı, hətta bütün bunların hamıya qarşı qəlbən təmiz olduğu üçün başına gəliyini düşünür. Hətta "haqsızlığa məruz qalmış insan psixologiya"sına sahib olur.

Bu vəziyyətdəki insan çox vaxt bu sualları düşünməz: "Görəsən məndə bir çatışmamazlıq varmı? Mənim düşüncəm yalnış ola bilərmi? Başıma gələn hadisələr mənim bu səhv inancım və ya əxlaqımla əlaqədar ola bilərmi? Görəsən mən fərqli davransaydım həyatımdakı müvəffəqiyyətlər və uğurlar başqa cür olardımı? Bütün bunlara əxlaqımdakı qüsurlara görə məruz qala bilərəmmi?"

Halbuki insan bu şəkildə düşünsə və özünü səmimiyyətlə qınasa, çox açıq olan gerçəyi görə biləcəkdir.

Allah Quranda "Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın) çoxunu əfv edər." (Şura surəsi, 30) buyurmuşdur.

Bu ayə insana qarşısına çıxan bütün hadisələri ən doğru və əsaslı şəkildə qiymətləndirən dünyagörüşü qazandırır. Başqa bir ayədə Allah "Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rızası) gözləyir..." (Yunus surəsi, 26) deyə bildirmişdir. İnsan ürəyini təmiz saxlasa, səmimi olsa, həyatındakı hər hadisədə Allahın rizasını axtararaq baxsa, bütün hadisələri Quran əxlaqı ilə qiymətləndirsə və insanlara da yalnız Quran əxlaqına əsaslanan dünyagörüşü ilə yaxınlaşsa Allah bu adamın həyatındakı gözəllikləri mütləq artıracaq.

Əgər niyyəti yaxşı deyilsə, səmimi olaraq Quranı rəhbər etməkdənsə cahiliyyə əxlaqını nümayiş etdirirsə, hadisələri də cahiliyyənin dəyər mühakimələri və qaydaları ilə qiymətləndirirsə, əlbəttə ki, bu adamın həyatında qarşılaşacağı hadisələr və yaşayacaqları da eynilə bu şəkildə olacaqdır. Özü hansı əxlaqı nümayiş etdirirsə bütün bunlar hər hansı bir şəkildə onun həyatında əks olunacaqdır.

Quranda çox açıq şəkildə bildirilmiş bu həqiqətin unudulmaması çox əhəmiyyətlidir. İnsan daim özünü düşünsə, əldə etdiyi uğurlara layiq olduğu, başına gələn çətinliklərə əsla layiq olmadığı kimi yanlış fikirlərə qapılmağa çox meyllidir. Halbuki nəfsindəki bu təlqlərinin doğru olmadığını anlaması üçün Qurandakı bu ayələri düşünməsi kifayətdir.

Allah sonsuz şəfqət, mərhəmət sahibidir. Rəhməti hər yeri və hər şeyi əhatə etmişdir. Qullarını sonsuz sevən, onlara gizli və açıq yollardan daim yaxşılıq, gözəllik çatdırandır. İnsanın hər anı Allah sevgisini görə biləcəyi minlərlə detalla doludur. Allah sonsuz ədalət sahibidir.

Allah dünyada ən pis əməl sahibi olan insana belə mərhəmət edən və ona qurtuluş yollarını göstərəndir. Ona hər an yeni fürsətlər yaradır, pis əməllərdən çəkindirir, peşman olub imtina etməsi üçün vicdanı ilə hər an ona doğru olanları ilham edir.

İnsanın Allahın əxlaqındakı bu sonsuz mükəmməlliyi görüb, Allahın ədalətinə tam təslim olması lazımdır. Əgər bir insanın həyatında bəzi çatışmamazlıqlar varsa, bunun çarəsini öz əxlaqında axtarmalıdır. Allahı daha çox sevməyə, Allahın istədiyi əxlaqı daha dərindən yaşamağa, ürəyində kiçik də olsa hər hansı bir neqativ düşüncə buraxmamağa, hər hadisəyə yalnız Quran əxlaqı ilə yanaşmağa və bütün həyatını Allahın istədiyi kimi yaşamağa çalışmalıdır. O zaman Allahın vəd etdiyi kimi, etdiyi bütün yaxşılıqların dünyada da, axirətdə də daha yaxşı şəkildə əvəzini tapacaq, inşaAllah.

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
(məqalə harun yahya)